Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:58

Moskva müxalifəti Marino rayonunda yürüş keçiricək


Boris Nemtsov
Boris Nemtsov

Rusiya müxalifəti martın 1-də Moskvada planlaşdırılan “Bahar” yürüşünü Marino rayonunda keçirmək qərarına gəlib.

Bu barədə müxalifət lideri Boris Nemtsov fevralın 20-də keçirdiyi mətbuat konfransında məlumat verib.

O qeyd edib ki, bizim üçün ən vacib şey tələblərimizin eşidilməsidir.

Bundan əvvəl müxalifət meriyaya şəhərin mərkəzindəki Tverskoy küçəsində 100 minlik aksiya keçirilməsi ilə bağlı ərizə vermişdi.

Amma hakimiyyət sonda müxalifətə Marino rayonunu təklif edib.

Həmçinin müxalifətin Samara və Kalininqradın mərkəzində antiböhran aksiyası keçirməsinə icazə verilməyib.

XS
SM
MD
LG