Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:25

Dolların məzənnəsi barədə açıqlama


Valyutadəyişmə məntəqəsi
Valyutadəyişmə məntəqəsi

-

Azərbaycanda 1 ABŞ dollarının rəsmi məzənnəsi fevralın 24-dək, yəni bu gün – fevralın 23-nün sonunadək 1.05 manat səviyyəsində qalacaq.

Bu barədə apa-ya Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

«Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 manat səviyyəsində müəyyən edilib. Həmin məzənnə 21-23 fevral tarixlərində qüvvədə qalacaq», - deyə AMB rəsmisi bildirib.

Sosial şəbəkələrdə manatın məzənnəsi ilə bağlı kommersiya banklarına AMB tərəfindən göndərilən məktub yayılıb.

Fevralın 22-də AMB-nin sədr müavini Aftandil Babayevin imzası ilə göndərilən məktubda deyilir: «21 fevral 2015-ci il tarixində dərc olunmuş «Azərbaycan Respublikasının Mərkəzi Bankının 21.02.2015-ci il tarixindən etibarən xarici valyutaların və bank metallarının Azərbaycan manatına qarşı rəsmi məzənnələri bülleteni» 21, 22, 23 fevral 2015-ci il tarixlərində qüvvədə olacaq».

XS
SM
MD
LG