Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:52

Kabildə İran səfirliyi yaxınlığında partlayış törədilib


Kabildə yanvardakı partlayışdan sonra
Kabildə yanvardakı partlayışdan sonra

-

Əfqanıstan rəsmiləri bildirir ki, fevralın 26-da səhər pik saatlarında Türkiyə səfirliyi yanında bomba qoyulmuş maşın başqa bir maşını hədəfə alıb.

Partlayış İran səfirliyinin darvazası ağzında baş verib. Kabildə Türkiyə və İran səfirlikləri qonşudur.

Daxili İşlər nazirinin müavini Mohammad Ayub Salangi deyib ki, səfirlik maşınına ziyan dəyib, itkilər gözlənəndir. Onun sözlərinə görə, “bir nəfər yaralanıb, sürücü də çox güman həlak olub”.

Taliban məsuliyyəti dərhal üzərinə götürüb, məqsədin xarici qüvvələrin karvanını hədəfə almaq olduğunu deyib.

Birinci dəfədir Taliban Kabildə Türkiyə obyektinə hücum edir.

Kabildə sonuncu belə hücum ötən ay aeroport yaxınlığında olub.

XS
SM
MD
LG