Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:40

Abdulla Abdullayev daha sərt danışa biləcəyini deyir...


Abdulla Abdullayev
Abdulla Abdullayev

.

Martın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan sahibi Abdulla Abdullayev, zamində olan Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın məhkəməsi davam edib.

MALİYYƏ NAZİRİ DƏ HƏBS EDİLMƏLİDİR?

Prosesdə Abdulla Abdullayev bir gün əvvəldən başlayan ifadəsinə davam edib, ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu deyib:

“Mən “Birlikbank”ın Müşahidə Şurasının sədriyəm. 4 il əvvəl eyni hallarla bağlı cinayət işi açıldı, bankın rəhbəri isə cəzalandırılmadı. Əgər hər hansı günahım var idisə, niyə məni o zaman məsuliyyətə cəlb etmədilər?

Bir də ki, Mərkəzi Bankın Müşahidə Şurasınn sədri maliyyə naziridir. Belə çıxır ki, Mərkəzi Bank səhv buraxanda maliyyə nazirini tutmalısınız?

Bu ölkədə kiməsə 1 milyon manatdan yuxarı kredit verilməsi qeyri-mümkündür. Bundan yuxarı verilən bütün kreditlər nəzarətdədir. Mənə verilən 3,4 milyon manatlıq kredit elə-belə gəlib oturmamışdı ki...

İstəmirəm bəzi məsələlərdə dərinə gedəm. Bu baxır mənimlə necə davranmaqlarına. Əgər yüngül qaşısalar, mən də üstdən gedərəm. Möhkəm qaşıyıb qan çıxartmaq istəsələr, mən də qan çıxararam...

Mənə qarşı bankla bağlı qaldırılan bu ittiham kökündən əsassızdır. Vəzifə bölgüsünə gələndə isə o vaxt səhlənkarlıq edənlərin hamısı cəzalandırılıb. Eyni məsələ, eyni ittiham... Müqavilələrin müddəti də bitməmişdi. Beynəlxalq və yerli qanunvericiliyə görə, eyni işə görə iki dəfə cinayət işi başlanması qadağandır”.

İş adamı deyib ki, Azərbaycanda qanun axtarışına çıxmaq boş vaxt itkisidir:

“Bu ölkədə qanun yoxdur. Qanunu Baş Prokurorluq istədiyi şəkildə yozur. Həbs olunandan sonra İran Milli Bankı və “ATAbank” mənə qarşı mülki qaydada 114 milyon manatlıq iddia qaldırdılar.

Banklararası kreditlərin mənə nə dəxli var axı? Bunun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəyə, Sahibkarlığa Kömək Milli Fonduna nə dəxli var? Nə baş verir? Götürülən kreditlər girovla təmin olunduğu halda buna leqallaşma adı qoyurlar. Müqavilə öhdəlikləri mülki xarakterilidr. Bundan irəli gələn hallara cinayət işi qaldırmaq olmaz”.

İŞ ADAMINDAN HƏDƏ - "İSTƏMİRƏM DƏRİNƏ GEDƏM..."

“Mən başa düşürəm cinayət işi niyə açılıb. Siz də başa düşürsünüz. Azərbaycanda ədalət sözü leksikondan çıxarılmalıdır. Bunun nə vaxtsa baş verəcəyinə inanmıram. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi bütün hədləri aşaraq istənilən adama istənilən cəzanı tətbiq edir.

Bu ölkədə kiməsə 1 milyondan yuxarı kreditin verilməsi qeyri-mümkündür. Bundan yuxarı verilən bütün kreditlər nəzarətdədir. Mənə verilən 3 milyon 400 min manatlıq kredit birdən-birə gəlib oturmamışdı ki... Mən istəmirəm bəzi məsələlərdə dərinə gedəm. Bu baxır mənimlə necə davranmaqlarına. Əgər yüngül qaşısalar, mən də üstdən gedərəm. Möhkəm qaşıyıb qan çıxartmaq istəsələr, mən də qan çıxararam...

Məni qanunsuz həbs ediblər. 82 cilddən ibarət cinayət işi yazıblar. 2010-cu ildən başlanan cinayət işi dörd dəfə təkrar edilib. İttiham aktına baxın, 350 səhifədən ibarətdir. Əgər orada 50 səhifədən artıq oxunmalı bir şey tapsanız, mənə 20 il verərsiniz”.

İŞ ADAMI NECƏ ALDADILDI?

Abdulla Abdullayev istintaq orqanı tərəfindən aldadıldığını iddia edib:

Azərbaycanda ədalət sözü leksikondan çıxarılmalıdır. Bunun nə vaxtsa baş verəcəyinə inanmıram.

“Əvvəl dedilər ki, 3 milyon 400 min manatı ödə, sənin işin yoxdur. Sonra iki maddə də əlavə etdilər. Hər pul ödədikcə bir maddə atırdılar ortaya. 10 ay istintaq aparıldı. Bu 10 ay ərzində müstəntiq 4 dəfə gəlib yanıma, hər dəfə də gələndə özü ilə bir maddə gətirib. Sonra da ittihamı hazırlayıb verdi, mən də qol çəkdim. 4 il sonra cinayət işi açırlar. Bunun özü cinayət deyilmi? Heç kim cavab vermir. Heç verməsinlər də. 10 il sonra mənim yerimə onlar gələcəklər.

Bu qədər ədalətsizlik olmaz. Hörmətli hakim, deyin görüm, mənim cinayətim var? Sizin qəbul etdiyiniz qərar sizin boynunuza deyil ki... Qərar verənin boynunadır. Sizin də uşaqlarınız var, ailəniz var. Dövlət məmuru olmaq çətindir”.

Abdulla Abdullayevin söylədiklərinə ittiham tərəfi müdaxilə etməyib və heç bir reaksiya bildirməyib.

Abdulla Abdullayev ifadəsini başa çatdırdıqdan sonra hakim növbəti məhkəmə iclasını martın 19-na təyin edib.

Abdulla Abdullayev 2014-cü ilin aprelində həbs edilib. Ona Cinayət Məcəlləsinin dələduzluq, külli miqdarda mənimsəmə, səlahiyyətindən sui-istifadə maddələri ilə ittiham irəli sürülüb. İş adamı ittihamları rədd edir. Bu ittihamla o, uzun müddətə azadlıqdan məhrum edilə bilər.

XS
SM
MD
LG