Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:27

Göytəpədəki abidənin ətrafı zibilliyə çevrilib


Arxiv fotosu
Arxiv fotosu

-

"Abidənin ətrafını zibilliyə çeviriblər. Nə yerli bələdiyyə, nə icra hakimiyyəti ərazini təmizləmir, abad etmir. Vaxtilə bizə görə canından keçənlərin xatirəsinə ucaldılmış abidənin yaxınlığından keçəndə adam xəcalət çəkir".

Cəlilabad rayonunun Göytəpə şəhər sakinləri Elxan Hüseynov, Cəlal Hacıyev, Mürvət Ələsgərov "Qaynar xətt"ə şəhərdəki Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin vəziyyətindən şikayətləniblər. Onların deməsinmə görə, tarixi abidə baxımsız qalıb. Heç bir qurum buranı nəzarətdə saxlamırdeyə, ərazi əməlli-başlı zibilliyə çevrilib.

"ORA BİZİM QÜRUR YERİMİZDİR"

Mürvət Ələsgərov:

"Bu abidənin ətrafını da təmizləsinlər, abadlaşdırsınlar. Ora bizim qürur yerimizdir".

Zibilxananın 15-20 mertrliyində isə Qarabağ müharibəsində həlak olmuş Vasif Hüseynovun adını daşıyan 2 saylı orta məktəb yerləşir. Sakinlər bildirirlər ki, məktəbin ətrafı da zibilxanaya çevrilib.

Cəlal Hacıyev:

"Zibil qutuları qoymurlar, zibilləri vaxtında daşımırlar. Tək bu ərazi deyil, Göytəpənin çox yerində bu problem yaşanır. Kommunal borclara görə qapımızı yerindən çıxarırlar ki, ödəyin. Ancaq xidmət səviyyəsi sıfırdır. Elə onun-bunun obyektini sökürlər, adını da abadlıq qoyurlar. Qarşıdan yay fəsli gəlir, zibillikləri yığışdırmasalar yenə antisanitariya baş alıb gedəcək".

"GÖYTƏPƏ DİQQƏT MƏRKƏZİNDƏDİR"

Cəlilabad rayon İcra Hakimiyyətindən isə sakinlərlə razılaşmırlar:

"Bu dəqiqə Göytəpə diqqət mərkəzində olan yerdir. Gəlin, abadlıq işləriylə özünüz yerindəcə tanış olun. O ki qaldı abidənin ətrafına, mütləq nümayəndə yollayarıq, vəziyyəti nəzarətə götürərik", - icra hakimiyyətinin nümayəndəsi bildirdi.

Sakinlər də şəhərdə abadlıq işlərinin aparıldığını danmırlar. Onları narahat edən zibillərin vaxtında daşınmamasıdır.

XS
SM
MD
LG