Bu ayın sonunda qaz pulunun yığımında irəliləyiş olmayan rayon və şəhərlərin qaz təminatı dayandırılacaq. Belə bir xəbərdarlığı «Azəriqaz» Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Əlixan Məlikov oktyabrın 27-də keçirdiyi mətbuat konfransında çıxış edib. Onun sözlərinə görə, qış fəslinin yaxınlaşmasına baxmayaraq belə tədbirlər noyabr-dekabr aylarında da davam etdiriləcək. Bu ilin avqustunda «Azəriqaz» qaz pulu yığımındakı problemləri aradan qaldırmaq üçün 33 rayon mərkəzinə verilən mavi yanacağın nəqlini dayandırmışdı.
Azadlıq Trend
1