Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:15

Birgə Qrup əfv üçün kimlərin adını verib


Səidə Qocamanlı
Səidə Qocamanlı

-

Hüquq müdafiəçisi Səidə Qocamanlı Novruz bayramında əfv fərmanı olacağını deyir.

Onun sözlərincə, İnsan Hüquqları üzrə Birgə Qrup siyahını hazırlayıb Prezident Administrasiyasına göndərib:

«Siyahıda NİDA-çı gənclərin, REAL sədri İlqar Məmmədovun, sabiq səhiyyə naziri Əli İnsanovun, «Tolişi Sədo» qəzetinin baş redaktoru Hilal Məmmədovun adları var. Mən bütün siyahını sadalaya bilməyəcəm. Biz ora əfv ərizəsi yazanların, ağır xəstəliklərə düçar olanların, həbsinin xeyli hissəsini çəkmiş məhbusların adlarını da salmışıq. Bircə qalır ümid edək ki, onların adı prezidentin əfv fərmanında da olacaq».

Sonuncu dəfə əfv fərmanı ötən il dekabrın 29-da imzalanıb. 87 nəfər arasındaNİDA-çı Zaur Qurbanlı, Üzeyir Məmmədli, jurnalist Əvəz Zeynallı, hüquqşünas Qurban Məmmədov da vardı. Hüquq müdafiəçiləri arasında bu fərmanı yarımçıq sayaraq bütün siyasi məhbusların adının orda əks olunmadığını deyənlər oldu.

Müsavat Partiyası başqanı Arif Hacılı Meydan TV-yə deyib ki, hakimiyyət müxalifətlə dialoq təşəbbüslərində səmimidirsə, yaxın günlərdə bunu təsdiq etmək üçün real imkan olacaq:

«Bahar bayramı ərəfəsində veriləcək əfv fərmanı bu sahədə bir testdir. Hakimiyyət bu fərmanla ölkədə siyasi məhbus probleminin həlli istiqamətində ciddi addım atmasa, cəmiyyətdə qarşıdurma daha da kəskinləşəcək. Dialoq adlandırılan proses məzhəkəyə çevriləcək».​

XS
SM
MD
LG