Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:17

Bakıda OMON-la silahlı qarşıdurmanın 20 ili tamam olur


Arxiv fotosu: OMON-un rəhbəri Rövşən Cavadov döyüşçülər arasında.
Arxiv fotosu: OMON-un rəhbəri Rövşən Cavadov döyüşçülər arasında.

.

Bakıda, tam 20 il öncə bu gün – martın 16-dan 17-ə keçən gecə 40-a yaxın şəxsin ölümü, 105 nəfərin yaralanması ilə nəticələnən silahlı qarşıdurma yaşanıb. Atışma çoxlarının OMON kimi tanıdığı Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvləri ilə hökumət qoşunları arasında olub.

20 İL ÖNCƏ BAŞ VERƏNLƏR TƏRƏFLƏRİN DİLİ İLƏ...

Qayıdaq tam 20 il öncə - bu günə. Hələ atışma başlamadan əvvələ...
OMON komandirlərindən biri olmuş Nizami Şahmuradov öz müavini ilə Prezident Aparatına gedir. Orada prezident Heydər Əliyev, onun oğlu, indiki prezident İlham Əliyev, prezidentin mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubov və Prezidentin İşlər İdarəsinin o zamankı rəhbəri Akif Muradverdiyevlə görüşür. Görüşdə OMON-nun ləğvi və silahların təhvili məsələsi müzakirə olunur. Bunları AzadlıqRadiosuna Nizami Şahmuradovun özü danışır.

Onun fikrincə, hər şey normal axarına düşdüyü vaxtda, qəfil qarşıdurmaya hansısa “3-cü qüvvə” səbəb oldu:

“Çünki danışıqlardan sonra biz silahları təhvil verməyə hazırlaşırdıq. Heydər Əliyev bizə bildirmişdi ki, OMON-çular işlə təmin olanacaq, barələrində cinayət işi açılanlar əfv ediləcək. Yəni, biz danışıb, razılığa gəlmişik. Amma 16-dan 17-ə keçən gecə saat 2-3 radələrində iki nəfər OMON-çunu vurdular. Burada “3-cü qüvvə” söhbəti gedirdi, vəssalam”.

Gözlə

No media source currently available

0:00 0:01:51 0:00
Direct-ə keçid

“BAZADA OLDUĞUMUZ YERDƏ BİZƏ HÜCUM ETDİLƏR”

Nizami Şahmuradovdan 3-cü qüvvə deyəndə kimi nəzərdə tutduğunu soruşuruq. Bu barədə ətraflı danışmaq istəmir. Əlavə edir ki, prosesləri yaxından izləyənlərə 3-cü qüvvənin kimliyini təxmin edə bilərlər:

“Baş verən hadisələri təkrar-təkrar oxuduqca xırda-xırda üzə çıxır “3-cü qüvvə”nin kimliyi. Mən indi istintaq aparmamışam, nə dəki bütün istintaq materialları ilə tanış olmamışam. Bazada olduğumuz yerdə gəlib bizi vurublar. Şəhərin başqa istiqamətində olmamışıq, desinlər ki, başqa məqsəd vardı.

Biz bu hadisənin qurbanları olduq, bütün heyət qurban idi. Hamısı 18 yaşından əskərlikdə olublar, sonra Qarabağ döyüşlərinə qatılıblar, sonra da cinayət məsuliyyətinə cəlb olundular. İndi də azadlığa çıxıblar. Ölənləri öldü, qalanlarının da taleyi belə oldu. Əsgərlik, müharibə, həbsxana və indiki həyat – boşluq”.

Rəsul Quliyev
Rəsul Quliyev

TƏK ÇIXIŞ YOLU OMONU ZƏRƏRSİZLƏŞDİRMƏK İDİ...

Gözlə

No media source currently available

0:00 0:02:14 0:00
Direct-ə keçid

Bu hücumu idarə edənlərdən biri - o vaxtkı parlementin sədri Rəsul Quliyevsə olub-bitənlərdə OMON-un o zamankı rəhbəri Rövşən Cavadovu günahlandırır. Düşünür ki, mart hadisələrinin qansız keçinməsi Cavadov qardaşlarından aslı idi. Amma onlar OMON-la birlikdə silahı təhvil verib, qanunlara tabe olmaq istəmirdi:

“Bu məsələnin qan tökülmədən həll olunması məsələsi Cavadov qardaşlarından asılı idi. Mart hadisələrinin baş verməməsi, və ya qansız keçinməsi üçün Cavadov qardaşları OMON-la birlikdə silahları təhvil verib, qanuna tabe olmalı idi. Onlarsa bunu etmək istəmirdilər. Çünki tezliklə qələbə çalacaqlarına inanırdılar. Özlərini buna o qədər inandırmışdılar ki, qapıldıqları eyforiya danışıqların getməsinə mane oldu”.

“MART HADİSƏLƏRİNDƏN SONRA HEYDƏR ƏLİYEV DİKATATURASI BƏRPA OLUNDU”

Rəsul Quliyev deyir ki, bu hadisədə onu və hücumu dəstəyəkləyənləri qınayanların bir səbəbi var. O da mart hadisələrindən sonra Heydər Əliyev hakimiyyətinin daha da gücləndirilməsi idi:

“Bizim məqsəd dövlətçiliyin bərpası idi. Amma belə alındı ki, dövlətçilik yox, Heydər Əliyev diktaturası bərpa olundu. Ona görə də xalqda belə bir fikir formalaşdı ki, mart hadisələrində Cavadov qardaşları və ya OMON qalib gəlsəydi Azərbaycan indi bu durumda olmazdı.

Əslində belə deyildi. Mart hadisələrində Cavadov qardaşları, OMON qalib gəlsəydi, faciənin digər üzü başlayacaqdı. Düzdür, Heydər Əliyev diktaturasının bərpasına biz o vaxt inanmırdıq, amma əli silahlı dəstənin edəcəklərinin nəticəsi göz önündə idi. Ona görə də bunun qarşısı alınmalı idi, başqa çarə yox idi. Bir daha təkrar edirəm bizim məqsəd dövlətçiliyin bərpası, Demokratik respublika qurmaq idi”.

Rövşən Cavadov
Rövşən Cavadov

“RÖVŞƏN CAVADOV YARDIMA EHTİYACI OLANLARA KÖMƏK ETMƏK İSTƏYİRDİ”

Rəsul Quliyev Rövşən Cavadovun ölümünə hamıdan çox təəssüfləndiyini deyir. Əlavə edir ki, o ölümə layiq oğlan deyildi. Rəsul Quliyevin fikrincə, Rövşən Cavadov başqalarını küyünə gedib qurban oldu.

Həmin hadisələr zamanı Rövşən Cavadovun yaxın adamı sırasında hazırda İstanbul Unversiteti Hüquq fakultəsində çalışan Fərman Dəmirqolun da adı hallanır.

Fərman Dəmirqol AzadlıqRadiosuna müsahibəsində deyib ki, Rövşən Cavadovla mart hadisələrindən bir müddət öncə tanış olub. Bildirir ki, o vaxtlar Heydər Əliyevə qarşı qüvvələr stabilliyi pozmaq istəyirdilər. Bu məqsədlə də Rövşən Cavadovdan istifadə etmək niyyətləri vardı:

“İndi adlarını çəkmək istəmirəm. Müxalifətçilər, zabitlər, millət vəkilləri, bir sözlə, Heydər Əliyevdən narazı olan bütün qüvvələr üz tutmuşdu Rövşən Cavadova. Ay Rövşən bəy, sən qəhrəmansan, sən böyük adamsan, bu Heydər Əliyevi devirmək lazım, biz də sənə kömək olacağıq – deyirdilər ona.

Mənsə fikirləşirdim ki, Heydər Əliyev Rövşən Cavadovu özünə yaxınlaşdırsa, onu ətrafındakı bütün bu adamlardan qurtara bilərdi. Mən ona açıq deyirdim ki, onun yanına gələn adamlardan gözüm su içmir. Bir dəfə ona dedim ki, Rövşən bəy, istəmirəm şpionluq kimi olsun, ona görə təklif edirəm ki, Türkiyə səfirliyi vasitəsilə Heydər Əliyevlə danışaq. O, sizi yanına alsın, birgə işləyin. Qarşıdurma olmasın, stabillik pozulmasın”.

FİKİR AYRILIĞI NƏ VAXT VƏ NƏDƏN YARANDI?

Rövşən Cavadov tərəfdarları onu, eləcə də OMON üzvlərini Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyünün bərpasında əvəzsiz şəxslər kimi tanıdırlar.

Belə fikirlər də səslənir ki, 1994-cü ildə imzalanan Bişkek protokoluna əsasən Azərbaycan dövlət orqanları ilə Ermənistan arasında atəşkəs danışıqları başlandı. O vaxtkı parlamentin sədr müavini Afiyyədin Cəlilov, Müdafiə Nazirliyinin Əks kəşfiyyat idarəsinin rəisi Şəmsi Rəhimov, Mahir və Rövşən Cavadov qardaşları bu danışıqlara qarşı idilər və bu protokolu Azərbaycan xalqının maraqlarına xəyanət kimi qiymətləndirirdilər.

Afiyəddin Cəlilov və Şəmsi Rəhimovun müəmmalı şəraitdə qətlə yetirilməsinin də bununla bağlı olduğu deyilir. Onların qətlində isə Mahir Cavadov günahlandırıldı, onun həbsi üçün order və Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) dağıdılması haqqında əmr verildi.

Bundan sonra Cavadov qardaşlarından Qarabağda silahlı mübarizəyə son qoyulması tələb edildi.

“RÖVŞƏN CAVADOV DANIŞIQLARA HAZIR İDİ”

Ardınca 17 mart 1995-ci ildə XTPD-nin Bakıdakı bazasını hökumət qoşunları mühasirəyə aldı. Rövşən Cavadov Türkiyənin Bakıdakı səfiri Altan Karamanoğlunun vasitəçiliyi ilə qarşıdurmanı dayandırmaq və Heydər Əliyevlə danışıqlara başlamaq istəyirdi. Amma Mahir Cavadov hökumət qüvvələri ilə mübarizənin tərəfdarı idi. Hətta belə deyilir ki, Rövşən Cavadov qarşıdurmanın qansız ötüşməsinə mane olmaması üçün Mahir Cavadovdan bazanı tərk etməsini tələb edib.

Rövşən Cavadova da hökumət qüvvələri ilə danışıqlara getdiyi vaxt atəş açıldığı iddiası da var.

“OYUNUN QALİBİ HEYDƏR ƏLİYEV OLDU...”

Hər iki tərəf - hücumu idarə və təşkil edən Rəsul Quliyev və hücuma məruz qalan OMON komandiri Nizami Şahmuradov hadisələrin bu məcraya yönələciyini ağıllarına da gətirmədiklərini deyirlər. Rəsul Quliyev sonda bir əlavə edir. Bəlkə də bu əlavə daha çox etirafdır. O, deyir ki, Heydər Əliyev çox ağıllı adam idi və bu oyunda qalib o çıxdı.

XS
SM
MD
LG