Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:17

Dədə Qorqud xeyir-dua verir... Vasif Talıbov tonqal qalayır


Naxçıvan
Naxçıvan

-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən bezmisənsə, «Şərq qapısı» qəzetini oxu!

«Şərq qapısı» 21.03.2015

Naxçıvanda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilmişdir

Martın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Heydər Əliyev Sarayında Novruz bayramı münasibətilə təşkil olunan şənlikdə iştirak etmişdir.

Milli geyimli uşaqlar Ali Məclisin Sədrinə Novruzun rəmzi olan səməni təqdim etmişlər.

Ali Məclisin Sədri bayram tonqalını yandırmışdır.

Şənlikdə el ağsaqqalı Dədə Qorqud öz xeyir-duasını vermiş, Novruzla gələn yeni ilin dövlətimiz və xalqımız üçün düşərli olmasını arzulamışdır. Xalq qəhrəmanları Babək və Koroğlu xalqımızın vətənpərvərlik, qəhrəmanlıq şücaətlərindən söz açmış, Novruz bayramının gəlişi münasibətilə təbriklərini çatdırmışlar.

Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı “İgidlər” rəqsini ifa etmişdir.

Sonra Ali Məclisin Sədri sarayın foyesində Novruz bayramı münasibətilə təşkil olunan sərgiyə baxmışdır.

Ümumdünya Daun Sindromlu İnsanlar Günü qeyd edilib

...Vurğulanıb ki, muxtar respublikada yaşayan daun sindromlu şəxslər barəsində məlumat bazasının yaradılması onların sosial reabilitasiyaları və cəmiyyətə inteqrasiyaları baxımından mühüm əhəmiyyət daşıyır...Eyni zamanda daun sindromlu uşaqların valideynləri ilə maarifləndirici görüşlərin keçirilməsi də diqqət mərkəzində saxlanılır.

Tədbirin bədii hissəsində sağlam­lıq imkanları məhdud ifaçılar­dan ibarət “İnam” musiqi qrupu və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Əlvan çiçəklər” mahnı və rəqs qrupu konsert proqramı ilə çıxış ediblər.

Sonda daun sindromlu 64 şəxsə bayram hədiyyələri verilib.

Bütün bunlar dövlət tərəfindən bu kateqoriyadan olan şəxslərə göstərilən maddi və mənəvi dəstəkdir. Valideynlər göstərilən bu dəstəyə, diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

XS
SM
MD
LG