Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 18:45

"İş o yerə çatıb ki, adi bir şeir də həbsə səbəb olur"


Elif Şafak
Elif Şafak

-

"Gerçəklik budur ki, geri gedirik. Bu vəziyyətdə başqa cəmiyyətlərə necə örnək ola bilərik?"

Ünlü Türk yazarı Elif Şafak bunu İsveçin "Svenska Dagbladet" qəzetində yayınlanan məqaləsində yazır.

İnternet, mətbuat və ifadə azadlığına qarşı basqıların artdığını bildirən yazıçı son illərdə 400-dən çox jurnalistin iş yerini itiridiyini, 150 jurnalistin isə məhkəməyə çəkildiyini qeyd edir.

Elif Şafak beynəlxalq hesabatlarda baş nazir Erdogan-ın Türkiyədə hüquqi dövlətin təməlini dağıtması ilə bağlı qeyd olunan fikirlərə də yazısında yer ayırıb.

“Hökumət tənqidin vətənə xəyanət kimi yozulduğu mühit yaradıb. Hökuməti tənqid edənlər sadəcə, yetərincə vətənpərvər olmamaqda, ya da Qərbdəki qüvvələrin qucağında oturmaqda suçlanır" - deyə yazıçı qeyd edir.

Elif Şafaka görə, vəziyyət o həddə çatıb ki, bir şeir, bir hekayə, roman, ya da sadə bir Twitter mesajı məhkəməyə çəkilmək, hətta həbsə atılmaq üçün səbəb ola bilir. Yazarlar yazarkən bütün bunları nəzərə alır və bu, ciddi özünüsenzura ilə nəticələnir.

Türkiyədə bəziləri Elif Şafakın bu yazısını tənqid edir və iddia edirlər ki, o, İsveç qəzetində belə sərt çıxışı ilə Nobel mükafatını verən İsveç Akademiyasının diqqətini çəkmək istəyir.

XS
SM
MD
LG