Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:46

Hacı Məmmədovun təzyiqi qalxdığından məhkəmədə fasilə yaranıb


Oktyabrın 31-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Daxili İşlər Nazirliyinin (DİN) keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfərin məhkəmə prosesi davam etdirilib. Prosesdə DİN-in Narkotiklərlə Mübarizə Baş İdarəsinin keçmiş rəisi Azər İsmayılovun qətli epizodu araşdırılıb. Hacı Məmmədov bildirib ki, əgər Azər İsmayılovu qətlə yetirməsəymiş, o, onu öldürəcəkmiş. H.Məmmədov bacısı oğlu, hazırda onunla birlikdə mühakimə olunan Elçin Əliyevin qətldə iştirakı olmadığını da deyib.


Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini, kriminalist Rövşən Əliyevin qətli epizodu üzrə mərhumun həyat yoldaşı İradə Quliyeva verdiyi ifadəsində bildirib ki, əri adam oğurluğu ilə bağlı dəstənin izinə düşdüyünü ona deyibmiş: «Bu haqda ona məlumatı isə Baş prokuror Zakir Qaralov vermişdi».


Xanım Quliyeva Hacı Məmmədovun onun həyat yoldaşını qətlə yetirdiyinə inanmadığını da bildirib. Hacı Məmmədov isə məhkəmədə bir daha deyib ki, Rövşən Əliyevin qətlinin sifarişini o verib.


Günün ikinci yarısında hakim Əli Seyfəliyev deyib ki, həkim Hacı Məmmədovun təzyiqinin qalxması haqqında arayış verib, ona görə bu vəziyyətdə proses davam edə bilməz.


Məhkəmə noyabrın 1-də davam edəcək.
XS
SM
MD
LG