Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:42

Aİ və Britaniyanın Rəsul Cəfərov bəyanatına Bakıdan cavab gəldi


Xarici İşlər Nazirliyi
Xarici İşlər Nazirliyi

-

«Məhkəmənin qərarı ilə təsbit olunmuş fərdi cinayət məsuliyyətinə Avropa Birliyi və Böyük Britaniyanın əlahiddə diqqəti təəccüb doğurmaya bilməz».

Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev hüquq müdafiəçisi Rəsul Cəfərov haqqında məhkəmə hökmüylə bağlı Aİ və Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatına cavab olaraq Trend-ə belə deyib.

O, Azərbaycanda fundamental azadlıqların və məhkəmə sisteminin müstəqilliyinin tam təmin olunduğunu bildirib: «Qanun qarşısında hamı bərabərdir və insan hüquqlarının müdafiəçisi kimi fəaliyyət heç kimi qanun qarşısında məsuliyyətdən azad etmir».

XİN rəsmisi onu da söyləyib ki, bu kimi «həssas və birmənalı» münasibətin Ermənistanın Azərbaycana təcavüzü nəticəsində hüquq və azadlıqlarından məhrum olmuş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə də göstərilməsi ədalətli olardı.

Böyük Britaniya XİN-i Rəsul Cəfərovun həbs edilməsini pisləyib və hökmdən çox narahat olduğunu bildirib. Bəyanatda deyilir: «Böyük Britaniya Azərbaycanı ədalət mühakiməsinə hörmətlə yanaşmağa və bu mənfi tendensiyaya son qoymağa çağırır».

XS
SM
MD
LG