Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:47

HRW: “Azərbaycan, həbsdəki fəalları, jurnalistləri burax” [video]


-

“Azərbaycanın beynəlxalq tərəfdaşları ilk Avropa Oyunları ərəfəsində qanunsuz saxlanmış və həbs olunmuş tənqidçilərin azadlığa buraxılmasına israr etməlidir”. Bu bəyanatla aprelin 20-də Human Rights Watch beynəlxalq hüquq-müdafiə təşkilatı çıxış edib. Qurum oyunlardan öncə saxlanmış tanınmış fəallar və jurnalistlərlə bağlı yeni video da yayıb.

İyunun 12-dən 28-dək Bakıda birinci Avropa Oyunları keçiriləcək, tədbirə 6 mindən çox atlet qatılacaq.

YÜKSƏK SƏVİYYƏLİ NÜMAYƏNDƏ HEYƏTİ GƏLMƏSİN

“Avropa Oyunlarına iki aydan da az qaldığı bir vaxtda ölkədə insan haqlarının dəhşətli durumu, tənqidçilərə qarşı siyasi təqiblər diqqət mərkəzindədir,” Human Rights Watch-un Avropa və Orta Asiya üzrə direktoru Jane Buchanan deyib. “Avropa Birliyi də daxil olmaqla, Azərbaycanın tərəfdaşları bu vacib məqamdan yararlanaraq hökumətə çağırış etməlidir ki, həbsxana barmaqlıqları arxasına atılmış tənqidçilər buraxılsın, təzyiqlərə son qoyulsun”.

“Avropa liderləri aydın şəkildə bildirməlidir ki, hökuməti tənqid etdiyinə görə həbs olunmuş şəxslər buraxılmasa və hökumət müstəqil qruplara və fəallara təzyiqlərə son qoymasa, oyunların açılış mərasiminə yüksək-səviyyəli nümayəndə heyətləri göndərilməyəcək. ”

Human Rights Watch-un yaydığı videoda həbsdə olan fəallar Rəsul Cəfərov, Leyla və Arif Yunuslar, jurnalist Xədicə İsmayılova barədə məlumat verilir, onların saxta ittihamlarla həbs olunduğu vurğulanır.


HAQQIN YANINDA OLMAQ

“Avropa Olimpiya Komitələri idmanın insan ləyaqətinə töhfəsini ehtiva edən Olimpiya Xartiyasını irəlilətdiyini iddia edə bilməz. Çünki qanunsuz yerə təqib olunan onlarla hökumət tənqidçisi həbsxana barmaqlıqları arxasındadır,” Buchanan deyib. “Avropa Olimpiya Komitəsi prinsiplərinin müdafiəsinə qalxmalı və aydın şəkildə bildirməlidir ki, Azərbaycan hökuməti fundamental dəyərləri rədd etməklə nüfuzlu beynəlxalq idman tədbirinə ev sahibliyi edə bilməz”.

Human Rights Watch təmsilçisi vurğulayır ki, həbsxanada olanlar minlərlə atletin, azarkeşin və jurnalistin Bakıya gələcəyindən xəbərdardır. “Onların Olimpiya liderləri və hökumətlərindən gözləntisi odur ki, Bakıya təkcə partiyə gəlməsinlər, haqqın yanında dursunlar və qanunsuz həbs olunmuşlara azadlıq tələb etsinlər”.

Avropa Oyunlarından öncə beynəlxalq hüquq-müdafiə təşkilatları hakimiyyətə insan haqlarıyla bağlı çağırış edir, vətəndaş cəmiyyətinə təzyiqlərə son qoymağa çağırır, həbs olunmuş fəalları azadlığa buraxmağa çağırır. Hakimiyyət isə həmin təşkilatların ölkəyə qarşı qərəzli kampaniya apardığını bəyan edir.

XS
SM
MD
LG