Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:20

Azərbaycan senzuraya görə ilk 5-liyə düşüb


-

Azərbaycanda dünyada ən çox senzura tətbiq olunan 10 ölkə sırasında, 5-ci yerdədir. Bu sıralamanı ABŞ-da mənzillənən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) tərtib edib. İndeks qurumun aprelin 27-də açıqlayacağı illik Mətbuata Hücumlar hesabatının bir hissəsidir.

Eritrea və Şimali Koreya siyahının başındadır. Bu ölkələrdə mətbuat daha çox məhdudlaşdırılır. Siyahı həbslərdən, repressiyalardan tutmuş, jurnalistlərin təqibi və İnternetə çıxışına məhdudiyyətlərə qədər bir sıra faktorlara əsasən tərtib olunub.

Azərbaycan siyahıda 5-ci yerdə qərarlaşıb.

CPJ-nin siyahısını təqdim edirik:

1. ERİTREA

2. ŞİMALİ KOREYA

3. SƏUDİYYƏ ƏRƏBİSTANI

4. EFİOPİYA

5. AZƏRBAYCAN

6. VYETNAM

7. İRAN

8. ÇİN

9. MYANMAR

10. KUBA

Azərbaycan da daxil olmaqla, 10-luqdakı ölkələrdən 7-si jurnalistlərin ən çox həbsə atıldığı ölkələr hesab olunub. Bildirilir ki, dünyada həbsdə olan jurnalistlərdən yarıdan çoxu dövlət əleyhinə cinayətlərdə ittiham olunub. Çin dünyada jurnalistlərin ən çox həbs olunduğu ölkədir. Burada 44 jurnalistin 29-u dövlətçiliyə qarşı ittihamlarla saxlanıb.

Azərbaycanda hakimiyyət təmsilçiləri ölkədə senzuranın hələ 1998-ci ildə ləğv olunduğunu, mediaya heç bir basqı göstərilmədiyini bildirir. Hökumət bütün təməl hüquq və azadlıqların qorunduğunu bəyan edir.

XS
SM
MD
LG