Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 14:37

Avropa Oyunları zamanı xüsusi parklanma qaydaları açıqlanıb


Foto illüstrasiya
Foto illüstrasiya

-

Bakıda Avropa Oyunları zamanı yarışların keçirildiyi müddətdə idman obyektlərinin ətrafında yaşayan sakinlər üçün xüsusi buraxılış vəsiqələri veriləcək.

Bunu apa-ya Bakı şəhər İcra Hakimiyyəti Şəhər təsərrüfatı şöbəsinin müdiri Xalid Ələkbərov bildirib.

Onun dediyinə görə, vətəndaşlara veriləcək buraxılış vəsiqələri yalnız idman tədbirləri keçirilən ərazilərdə yaşayan vətəndaşlara aiddir:

«Vətəndaş öz nəqliyyat vasitəsi ilə həmin ərazidən keçirsə (dayanmadan), sərbəst hərəkət edə bilər. Həmin ərazilərdə yaşayan sakinlər nəqliyyat vasitələrini müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilmiş qaydada, yəni müvafiq küçə və prospektlərdə ayrılmış park zolaqları boyu saxlaya bilərlər. Burada əsas məqsəd sürücülərin müəyyən olunan qaydalar çərçivəsində park edilməsinə nail olmaqdır. Kim bu qaydalara riayət etməyəcəksə, həmin sürücülərin avtomobilləri evakuatorla təxliyə olunacaq».

X.Ələkbərov deyib ki, sakinlər buraxılış vəsiqələrini müvafiq sənədləri təqdim etməklə yaşadıqları ərazi üzrə Mənzil-İstismar Sahələrindən əldə bilərlər:

«Vəsiqələr may ayının 15-dən sonra veriləcək. Vəsiqələr avtomobillərin alın şüşəsinə yapışdırılacaq. Vəsiqə itdikdə, yararsız hala düşdükdə, yenisi ilə əvəz olunmur».

X.Ələkbərov əlavə edib ki, həmin ərazilərdə yerləşən dövlət qurumları və şirkətlərdə çalışan şəxslərə buraxılış vəsiqələri verilməyəcək: «Həmin qurum və şirkətlərin parkinq ərazisi varsa, ondan istifadə edə bilərlər. Yoxdursa, tövsiyə edirik ki, ictimai nəqliyyatdan istifadə etsinlər».

Şöbə müdiri deyib ki, Bakıdakı bütün avtomobil yolları əvvəlki qaydada işləyəcək, heç bir küçə və prospektdə nəqliyyatın hərəkəti məhdudlaşdırılmayacaq. Bununla yanaşı, ictimai nəqliyyat əvvəlki rejimdə işləyəcək.

XS
SM
MD
LG