Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:17

EurasiaNet: «Avropa Oyunlarına görə dövlət orqanlarında çalışanların pulları kəsilir»


Avropa Oyunları məşəlinin alovlandırılması mərasimi - 26 aprel 2015
Avropa Oyunları məşəlinin alovlandırılması mərasimi - 26 aprel 2015

-

«Azərbaycanda ilk Avropa Oyunlarının açılış mərasiminə hər şey hazır görünür. Ancaq böyük bir sual hələ də açıq qalır: Azərbaycan bütün bunların pulunu necə ödəyəcək?».

EurasiaNet saytı yazır ki, bu yaxınlara – dünyada neftin qiyməti düşənə və manat devalvasiyaya uğrayana qədər, Cənubi Qafqazın ən varlı ölkəsi hesab sarıdan elə də narahat deyildi. Yəni, bu, Avropa Oyunları kimi layihələrə nağd pulun azalması deməkdir. Oyunlara görə büdcə hazırlananda, neftin qiyməti 110 dollar idi. İndi isə «Brent» xam nefti 65 dollara düşüb.

Məqalədə oyunlara xərclənən mübahisələri rəqəmlərdən söz açılır. Rəsmilər 962 milyon dollar deyir, kənar müşahidəçilər daha böyük məbləğ səsləndirirlər. İqtisadçı Rövşən Ağayev Avropa Oyunlarına büdcədən 3.55 milyard dollar xərcləndiyini bildirir.

«Standart Olimpiya oyunları ilə müqayisədə bu rəqəmlər nisbətən kiçik görünür. Londonda 2012-ci il yay Olimpiya oyunları 14.6 milyard dollara başa gəlmişdi»,- müəllif yazır.

Anonim danışan bəzi iqtisadçılar iddia ediblər ki, hökumət dövlət idarələrində çalışanlardan, məsələn, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi işçilərinin maaşlarından kəsir ki, xərcləri ödəyə bilsin. Gömrük Komitəsinin bir əməkdaşı EurasiaNet-a deyib ki, işçilərin aylıq, qeyri-rəsmi bonusları da kəsilib, bəzən bu ödəniş orta səviyyəli rəsminin ayda aldığı 670 manatı da ötürdü. Həmin şəxsin bildirdiyinə görə, ödənişlər Avropa Oyunlarından sonra bərpa olunacaq.

Gömrük Komitəsinin təmsilçilərindən şərh almaq mümkün olmayıb, Vergilər Nazirliyinin sözçüsü isə məlumatı təkzib edib.

ABŞ-Azərbaycan birgə hərbi təlimləri - 2009
ABŞ-Azərbaycan birgə hərbi təlimləri - 2009

Müəllif ölkənin maliyyə problemlərinin qaçılmaz olduğunu yazır. Neftin qiyməti də düşdükcə, hökumət Neft Fonduna üz tuta bilər. «Biz şey dəqiqdir: 16-günlük Avropa Oyunları xərcini ödəyə bilməyəcək».

İqtisadçı Rövşən Ağayev deyir ki, bu oyunlara xərclənən pula ölkə səhiyyə sistemini 5 illiyə, təhsil sahəsini 2 il yarıma maliyyələşdirə və ya bütün kənd yollarını bərpa edə bilərdi.

ABŞ UKRAYNANI DƏSTƏKLƏYİR, AZƏRBAYCANI YOX?

«The Washington Times» qəzetində Maayan Jaffe yazır ki, Birləşmiş Ştatlar postsovet ölkələrində separatçı münaqişələrə eyni münasibət göstərməlidir.

«Son aylar Ağ Ev və Konqres Ukraynanı Rusiya təcavüzünə qarşı dəstəkləyib, hətta Ukraynaya silahlı yardım göndərilməsi müzakirə olunub... Niyə Amerika eyni şeyi Qafqaz regionundakı müttəfiqi olan Azərbaycan üçün etmir? 20 ildən çoxdur Ermənistan Dağlıq Qarabağı və Azərbaycanın 7 rayonunu qanunsuz işğal edib və etnik təmizləmə aparıb, ölkənin suverenliyini və ərazi bütövlüyünü pozub».

«Birləşmiş Ştatlar təkcə Ukraynanı deyil, ərazi bütövlüyü və suverenlik prinsipini müdafiə etməlidir. ABŞ Ukrayna, Gürcüstan və Azərbaycanda münaqişələrin dəyərləndirilməsində davamlı mövqe nümayiş etdirməlidir. İndi çoxları etiraf edir ki, Ermənistan-Azərbaycan, Gürcüstan münaqişələrində daha möhkəm mövqe göstərsəydik, Ukraynadakı hadisələr baş verməzdi», - müəllif yazır. Maayan Jaffe «Baltimore Jewish Times» qəzetinin keçmiş baş redaktorudur.

ABŞ dövlət katibi John Kerry və İranın xarici işlər naziri Mohammad Javad Zarif
ABŞ dövlət katibi John Kerry və İranın xarici işlər naziri Mohammad Javad Zarif

İRAN SAZİŞİ ÜZƏRİNDƏKİ QARA KÖLGƏLƏR

«The New York Times» qəzeti İranla mümkün yekun nüvə sazişini «yaxşı şey» adlandırır. 36 ildə ilk dəfə olaraq bu saziş Amerikayla şiə islam icması arasında yaxınlaşmaya yol açacaq. Axı indi hamının bir ümumi düşməni də var: «İslam Dövləti» qruplaşması.

«Daha bir məsələ, İrana neft yataqlarını müasirləşdirməyə azı yüz milyard dollarlıq xarici investisiya lazımdır, Amerikanın neft şirkətləri sanksiyalar qaldırılan kimi bu kontraktları imzalamağı səbirsizliklə gözləyirlər».

Ancaq müəllif bir əmmanı – 1983-cü ildə Beyrutda ABŞ səfirliyinin bombalanmasını, 17 amerikalının və 32 livanlının həlak olmasını xatırladır. ABŞ məhkəmələri həmin hücuma görə məsuliyyəti İran üzərinə qoyun, İran məhkəmə proseslərində iştirak etməyib və hadisə qurbanlarına bircə quruş da ödəməyib.

«Bu hökmlər Vaşinqtonla Tehranın diplomatik münasibətlərində böyük əngəldir. İranlıların 30 il öncə baş vermiş bomba hücumlarına görə məsuliyyəti götürəcəyi də inandırıcı görünmür. Ancaq Obama administrasiyasının ABŞ məhkəməsinin çıxardığı qərarları gözardı edəcəyi də mümkün görünmür. İqtisadi embarqo qaldırılan kimi hüquqşünaslar həmin qərarların icrasını tələb edəcəklər», - müəllif yazır.

XS
SM
MD
LG