Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:33

«FreeKhadija» boyunbağısını kimlər alacaq


Boyunbağı ilk olaraq Xədicənin anası Elmira İsmayılovaya hədiyyə edilib.
Boyunbağı ilk olaraq Xədicənin anası Elmira İsmayılovaya hədiyyə edilib.

-

Amerikalı araşdırmaçı-jurnalist Don Ray həbsdəki azərbaycanlı jurnalist Xədicə İsmayılın şərəfinə üzərinə «FreeKhadija» (Xədicəni azad et) yazılmış 35 ədəd boyunbağı düzəltdirib.

«Sarayevo şəhərinin qədim hissəsində gəzirdim. Bir sənətkar yolun kənarında simdən boyunbağı hörürdü. Adamlar adlarını boyunbağının üzərində yazdırırdılar. Mən bir boyunbağını həyat yoldaşım üçün sifariş etdim. İnsanlar bu boyunbağının fotosunu internetdə görüb çox bəyəndilər. Daha sonra qərara gəldim ki, bir boyunbağını da Xədicə üçün sifariş edim».

Don Ray boyunbağını ilk olaraq Xədicənin anası Elmira İsmayılovaya hədiyyə edib. Boyunbağı Xədicənin də əməkdaşlıq etdiyi Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsində (OCCRP) çalışan xanımlara, Xədicənin dostlarına hədiyyə olunacaq.

Xədicənin anası Elmira İsmayılova AzadlıqRadiosuna deyib ki, o, bu hədiyyədən çox məmnundur və boyunbağını boğazında fəxrlə gəzdirir.

Don Ray hazırda OCCRP-nın «Xədicə» layihəsində çalışır. Dünyanın hər yerindən olan jurnalistlər Xədicə İsmayılın yarımçıq qalmış araşdırmalarını davam etdirirlər.

Don Ray jurnalistika üzrə bir çox mükafatların müəllifidir.

ABŞ-ın Merilend Universitetinin tələbələri isə həbsdə olan jurnalistlərin adları həkk edilmiş bilərziklər hazırlayırlar.

«Associated Press» agentliyi xəbər verir ki, məqsəd həmin jurnalistlər barədə dünyanı bilgiləndirməkdir.

Bu iş «Washington Post»un «Pulitzer» mükafatı almış müxbiri, jurnalistika professoru Dana Priest-in rəhbərliyi altında həyata keçirilir.

Xədicə İsmayıl ötən il dekabrın 5-də başqasını özünüöldürmə həddinə çatdırma ittihamı ilə həbs edilib.

Fevralın 13-də isə ona qarşı mənimsəmə və vergidən yayınma kimi ittihamlar irəli sürülüb.

Xədicə İsmayıl həbsinin jurnalistlik fəaliyyəti ilə bağlı olduğunu deyir.

AzadlıqRadiosunun rəhbərliyi bəyan edib ki, Xədicə İsmayılın həbsi onun ölkə məmurlarının gizli biznesi haqda araşdırmalarına görə hakimiyyətin qisasıdır.

«Amnesty International» jurnalisti «vicdan məhbusu» elan edib.​

XS
SM
MD
LG