Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:46

Yolu, apteki, xəstəxanası olmayan kəndlər...


Arxiv fotosu
Arxiv fotosu

-

Sabirabadda yolların bərbad vəziyyətdə olması qəzalara səbəb olur. Bu barədə AzadlıqRadiosunun "Qaynar xətt"inə Sabirabad sakinləri danışır.

"Dövlət büdcəsindən ən çox vəsait ayrılan sahələrdən biri yol çəkilişləridir. Ancaq Sabirabadın bir neçə kəndindən keçən və Salyan-Şirvan yolunu birləşdirən əsas yol dövlətin ayırdığı bu pullardan hələ də nəsibini almayıb. Həmin yolda asfalt örtüyünün dağılması avtomobillərin hərəkətinə çətinlik yaradır. Yolun bərbad vəziyyətdə olması ağır qəzalara şərait yaradır".

BƏLƏDİYYƏ SƏDRİ: "BU YOLLAR PLANDADIR"

Sakinlərin sözlərinə görə, rayonun Minbaşı, Azadakənd və Poladtoğay kəndlərində yolların vəziyyəti xüsusilə bərbaddır.

Kənd sakini Şakir Babayev:

"Şikayət etmədiyimiz, yazmadığımız qurum qalmayıb. Neçə illərdir ki, "düzələcək" deyib başımızın altına yastıq qoyurlar. Təcili yardım maşını kəndə gəlməkdən imtina edir".

Maşınlar da yararsız vəziyyətə düşür. gəlib yalandan şumlayırlar, qırı çıxardıblar, torpağı saxlayıb gedirlər.

Azadakənd kənd bələdiyyəsinin sədri Amil Vəlişov deyir ki, barələrində danışılan yollar plandadır:

""Azəryolservis"dən gəliblər, baxıblar, ölçüblər, biçiblər, yəqin ki, yaxın vaxtlarda yollar düzələcək, kəndlilərin yol problemi kökündən həll olunacaq".

Ancaq sakinlərin istəyi təkcə yollarla bağlı deyil. Onlar kənddə aptek, xəstəxana olmamasından da gileylənirlər.

Ümumiyyətlə, istəyirik ki, bu kəndlərə hökumət diqqət ayırsın. Nəzərə alsınlar ki, bu kəndlərdə yaşayanlar da bu ölkənin vətəndaşlarıdır".

XS
SM
MD
LG