Bakının 26 il dilə gətirmədiyi Qarabağ reallığı #AzadliqLiveTV http://t.co/jxhRW9oi1r via @radioazadliq
— AzadliqRadiosu (@RadioAzadliq) 17.5.2015
Laçının işğalından 23 il ötür
Mayın 18-də Azərbaycanın Laçın rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 23 il ötür.
Laçın rayonu 1992-ci il mayın 18-də işğal olunub. İşğal zamanı 333 nəfər laçınlı həlak, 225 nəfər isə əlil olub.
127 yaşayış məntəqəsində 13745 fərdi ev, 48 sənaye, 63 kənd təsərrüfatı obyekti, 217 mədəni-maarif, 101 məktəb, 5 məktəbdənkənar tərbiyə müəssisəsi, 142 səhiyyə, 460 ticarət obyekti, 30 rabitə qovşağı, peşə məktəbi, teatr binası, tarix-diyarşünaslıq muzeyi məhv edilib.
Laçının 58229 nəfər əhalisi məcburi köçkün düşüb.