Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:54

AzadlıqLive - Azərbaycan sammiti gərginlikdə saxladı

AzadliqRadiosunun gündəlik TV proqramı hər gün Bakı vaxtı ilə saat 22-də günün əsas hadisələri xəbərlər, reportaj və müsahibələrdə AzadliqRadiosu.TV kanalında və internetdə

19:16 21.5.2015

Aslan İsmayılov deyir ki, 9 milyon öz problemlərinin həllini 1 nəfərdən gözləməkdə davam etdikcə heç nə dəyişməyəcək

Hüquqşünas Aslan İsmayılov deyir ki, yanğınla bağlı birbaşa məsuliyyəti Baş prokuror Zakir Qaralov daşıyır, çünki bu üzlüklərin problemli olması çoxdan məlum idi, elə İsmayılovun özü keçən yanğından sonra bu üzlüklərin tez alışması ilə bağlı yazı da yazmışdı. Ancaq o məlumatlara prokurorluq əhəmiyyət vermədi.Aslan İsmayılovla söhbət AzadlıqLive-da

18:59 21.5.2015

Cəsur leylək 3 pələnglə mübarizədə salamat qalır

Çində zooparkda leylək təsadüfən pələnglər olan qəfəsə düşüb və cəsur leylək pələnglərlə mübarizədə salamat qala bilib. Əsas - ürəkli olmaqdır.

18:15 21.5.2015

Təcrübə: Hansı üzlük tez alışır, tez sönür?

Youtub-da üzlük və izolyasiya kimi istifadə olunan penopoliuretan, penopolistrol, penoplast, minvata, izovat materiallarının yanğına davamlığı sınaqdan keçirilib. Videoda hansı materialın necə yanması və sönməsi izahla göstərilir.

17:19 21.5.2015

İlham İsmayıl: Təxribat versiyası versiyalar arasında ən zəifidir və məmurlar prezidentə mükəmməl hesabat verməyə hazır deyildilər


Keçmiş MTN zabiti İlham İsmayıl Moderator.az saytına deyib: "Binanın yanma səbəbləri barədə irəli sürülən mümkün versiyalar içərisində ən az ehtimal olunanı, ən zəifi təxribat-terror versiyasıdır. Bu binaya qədər də məlum üzlüklərə görə yanğın hadisəsi baş vermişdi. O bina təxribat -terror sayılmadı. Deməli, dövlət başçısının yanında keçirilən müşavirə iştirakçıları, xüsusilə FHN, MTN təhqiqat aparıb, perspektiv fəlakətlər barədə informasiya təqdim etməli idilər. Dünənki müşavirədən hiss olundu ki, belə bir informasiya dövlət başçısına təqdim olunmayıb. Hətta bütün yanğınlardan əvvəl də belə bir tikinti materialının təhlükə törədəcəyi barədə adlarını çəkdiyim hər iki nazirlik əməliyyat və rəsmi təhqiqat yolu ilə bunu bilməli və zəruri informasiyanı çatdırmalı idilər. Burada Standartlaşdırma idarəsinin də günahı az deyil. Dünənki müşavirə diqqətlə izlənilsin və bir daha şahid olacaqsınız ki, prezident qarşısında mükəmməl hesabat verməyə məmurlar hazır deyildi. Əgər Siz deyən versiya qabardılsa (bu inandırıcı deyil) belə çıxacaq ki, təxribat-terrorun qarşısını almaq MTN-in vəzifəsidir və yeganə günahkar xüsusi xidmət orqanıdı. Ona görə də təxribat-terror versiyası istisnadır. Mən hesab edirəm ki, baş verənlərin mahiyyəti müşavirə iştirakçılarına yaxşı məlumdu...Amma bu cür üzlüklü binalar perspektiv terrorun hədəfi ola bilər. Sayıq olmaq lazımdır".

İlham İsmayıl Azadlıq Radiosuna da danışıb. Onunla müsahibə AzadlıqLive-da

Davamı

XS
SM
MD
LG