Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:30

AzadlıqLive - Azərbaycan sammiti gərginlikdə saxladı

AzadliqRadiosunun gündəlik TV proqramı hər gün Bakı vaxtı ilə saat 22-də günün əsas hadisələri xəbərlər, reportaj və müsahibələrdə AzadliqRadiosu.TV kanalında və internetdə

15:07 22.5.2015

Yediyimiz, içdiyimiz nə qədər təmizdir?

Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev APA-ya deyib ki, yanvar-aprel ayları ərzində orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 1077 yeyinti məhsulundan nümunə götürülüb və 8 qeyri-kafi nəticə əldə olunub. Mikrobioloji məhsullardan götürülən 778 nümunədən 21 qeyri-kafi nəticə əldə edilib. Toksikoloji 34 nümunədən, radioloji məhsullardan isə 1 nümunə götürülüb və onların qeyri-kafi nəticəsi yoxdur.

Soyuq qəlyanaltılardan 22 nümunə, şadlıq evlərindən 3593 yaxma nümunəsi götürülüb. Aparılan yoxlamalar nəticəsində 32 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkarlanıb.

Səhiyyə Nazirliyi tərəfindən yalnız aprel ayı ərzində sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 51 müəssisənin sahibi inzibati qaydada cərimələnib. 9 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 14 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Yanvar-aprel aylarında ​ 33 obyektin istismarı dayandırılıb, 4 iş istintaqa göndərilib, 42 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

13:11 22.5.2015

Hacıbala Abutalıbov Azadlıq Radiosunun suallarına cavab verdi

Bakı meri Hacıbala Abutalıbov Azadlıq Radiosunun suallarına cavab verib. Üzlük istehsal edən zavodların Kamaləddin Heydərov və Ramiz Mehdiyevə bağlı olub-olmaması suallarına cavab verdi. İstefa məsələsinə də toxundu. Dedi ki, günahkarlar istefa yox, həbs olunmalıdır. Ətraflı bir azdan AzadlıqLive-da

13:08 22.5.2015

İrlandiya eyni cinsdən olanların nikahına münasibət bildirir

Mayın 22-də İrlandiya eynicinsli nikahlara icazə verilib-verilməməsi üzrə referendum keçirir.

Bu islahatı bütün siyasi partiyalar, böyük sahibkarlar, tanınmışlar dəstəkləyir. Opponentlər isə əsasən kilsə liderləridir, gey cütlüklərin valideynlik, surroqat hüquqları məsələlərini qaldırırlar.

Rəy sorğuları təklifin keçəcəyini göstərir.

Dublin küçəsində referendumda "hə" cavabının lehinə poster
Dublin küçəsində referendumda "hə" cavabının lehinə poster

Katolik ölkəsi olan İrlandiya 1995-ci ildə nikahı leqallaşdırıb.

ABŞ-ın bir sıra ştatlarında, Braziliya, Fransa, Yeni Zelandiya, Britaniya və digər ölkələrdə gey nikahları qəbul olunub. Ancaq heç birində bu, referendum yoluyla edilməyib.

13:00 22.5.2015

Tacikistan Gülen məktəblərini bağlayır

“Dailysabah.com” yazır ki, ABŞ-da yaşayan din xadimi Fethullah Gülen-in idarə etdiyi məktəblər Tacikistanda bağlanır. Bu məktəblər başqa ad altında, dövlət tərəfindən idarə olunacaq. Bunu Tacikistanın Təhsil və Elm naziri Nuriddin Said deyib.

Nazirin sözlərinə görə, ilin əvvəlində istintaq altında olan məktəblərin bağlanması üçün nazirlik bütün gərəkən hüquqi sənədləri hazırlayıb. Növbəti dərs ilindən Gülen məktəbləri dövlət məktəblərinə çevriləcək. Onların təhsil sistemi, kurrikulumunda da dəyişikliklər olunacaq.

Məktəblərin təsisçisi olan “Şəlalə” (Selale) şirkəti də statusunu itirəcək.

Tacikistanda ilk Gülen məktəbi 1992-ci ildə açılıb. Türkiyə hökuməti Guleni ölkə daxilində polis, ədliyyə, administrasiya olmaqla, əsas müəssisələrə nüfuz etməkdə günahlandırır.AzadlıqLive-da

Davamı

XS
SM
MD
LG