Cəsur leylək 3 pələnglə mübarizədə salamat qalır
Çində zooparkda leylək təsadüfən pələnglər olan qəfəsə düşüb və cəsur leylək pələnglərlə mübarizədə salamat qala bilib. Əsas - ürəkli olmaqdır.
Aslan İsmayılov deyir ki, 9 milyon öz problemlərinin həllini 1 nəfərdən gözləməkdə davam etdikcə heç nə dəyişməyəcək
Hüquqşünas Aslan İsmayılov deyir ki, yanğınla bağlı birbaşa məsuliyyəti Baş prokuror Zakir Qaralov daşıyır, çünki bu üzlüklərin problemli olması çoxdan məlum idi, elə İsmayılovun özü keçən yanğından sonra bu üzlüklərin tez alışması ilə bağlı yazı da yazmışdı. Ancaq o məlumatlara prokurorluq əhəmiyyət vermədi.Aslan İsmayılovla söhbət AzadlıqLive-da
Hər ailəyə 20 min manat
Mayın 19-da yanan 16 mərtəbəli binada yaşayan 56 ailənin hər birinə 20 min manat birdəfəlik maddi yardım göstəriləcək. Bundan əlavə, həlak olan 15 sakinin hər birinin ailəsinə 15 min manat yardım veriləcək. Müvafiq sərəncamı yanğının nəticələrinin aradan qaldırılması üzrə Dövlət Komissiyasının rəhbəri, baş nazirin müavini Abid Şərifov imzalayıb.
Çoxmərtəbəli yaşayış binasında əsaslı təmir və yenidənqurma işlərinə başlamaq üçün 3 milyon manat vəsait ayrılıb.
Bu tədbirlərin həyata keçirilməsi üçün 2015-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan 5 milyon manat məbləğində vəsait ayrılıb.