Hacıbala Abutalıbov Azadlıq Radiosunun suallarına cavab verdi
Bakı meri Hacıbala Abutalıbov Azadlıq Radiosunun suallarına cavab verib. Üzlük istehsal edən zavodların Kamaləddin Heydərov və Ramiz Mehdiyevə bağlı olub-olmaması suallarına cavab verdi. İstefa məsələsinə də toxundu. Dedi ki, günahkarlar istefa yox, həbs olunmalıdır. Ətraflı bir azdan AzadlıqLive-da
Yediyimiz, içdiyimiz nə qədər təmizdir?
Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev APA-ya deyib ki, yanvar-aprel ayları ərzində orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 1077 yeyinti məhsulundan nümunə götürülüb və 8 qeyri-kafi nəticə əldə olunub. Mikrobioloji məhsullardan götürülən 778 nümunədən 21 qeyri-kafi nəticə əldə edilib. Toksikoloji 34 nümunədən, radioloji məhsullardan isə 1 nümunə götürülüb və onların qeyri-kafi nəticəsi yoxdur.
Soyuq qəlyanaltılardan 22 nümunə, şadlıq evlərindən 3593 yaxma nümunəsi götürülüb. Aparılan yoxlamalar nəticəsində 32 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkarlanıb.
Səhiyyə Nazirliyi tərəfindən yalnız aprel ayı ərzində sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 51 müəssisənin sahibi inzibati qaydada cərimələnib. 9 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 14 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.
Yanvar-aprel aylarında 33 obyektin istismarı dayandırılıb, 4 iş istintaqa göndərilib, 42 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.
Hacıbala Abutalıbov: "Vəzifəyə prezident təyin edir, o da çıxarır"
Azadlıq Radiosu Bakı meri Hacıbala Abutalıbovla söhbət edib.
Bir sual belə olub: "Sosial şəbəkələrdə yazırlar ki, bu hadisədən sonra Hacıbala Abutalıbov istefa verməli idi. Elə bəzi ölkələrdə də bu cür vəziyyətlərdə cavabdeh şəxslər istefa verir. Siz necə düşünürsüz?
Hacıbala Abutalıbov: " Vəzifəyə prezident təyin edir, o da çıxarır. Əgər istintaq müəyyənləşdirsə ki, hər hansı məmur günahkardır, istefadan söhbət gedə bilməz. Onun yeri zindan olacaq."
Ətraflı AzadlıqLive-da
11 yaşlı oğlan kollec məzunu olub
11 yaşlı oğlan kolleci 3 diplomla başa vurub. ABŞ-ın Sakramento şəhərində Tanishq Abrahamın aldığı 3 diplom riyaziyyat və fizika, ümumi elmlər və xarici dillərə aiddir. O,mərasimdən sonra deyib ki, öyrənmək onun xoşuna gəlir.
Tanishq Stanford Universitetinə daxil olmağı və həkim olmağı arzulayır.
Videoda o vaxt 9 yaşı olan Tanishq Abraham ABŞ-ın NASA kosmik tədqiqatlar agentliyində elmi məruzə edir