Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 14:56

«Onların arxasınca getmək üçün gərək ağıldan kəm olasan»


Siyavuş Novruzov
Siyavuş Novruzov

-

«Milli Şuranın bu gün keçirdiyi aksiya deyil, piket idi».

Bunu apa-ya Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, aksiyanın keçirilməsində məqsəd Avropadan alınan pulların silinməsi və Avropa üçün materialların hazırlanması olub:

«Azərbaycanda keçirilən mötəbər tədbirlərin üzərinə kölgə salmaq üçün bunlar belə addımlar atırlar. Orada qaldırılan məsələlərin hər biri dövlət tərəfindən həll olunur. Vətəndaşlar da görür ki, dövlət xalqın mənafeyini qorumaq üçün bütün addımları atır. Sadəcə, bunlar bir şou göstərirlər və bu şounun da mahiyyəti ondan ibarətdir ki, gələcəkdə bizə qarşı hər hansı qərarların qəbul edilməsi üçün əllərində fakt olsun».

Deputat deyib ki, həmin şəxslər Azərbaycan xalqının maraqlarına xidmət etmirlər:

«Erməni lobbisi, ermənilərin maliyyələşdirdiyi qeyri-hökumət təşkilatlarından pul alıb bu cür hərəkətlərlə məşğuldurlar. Piketdə öz qohum-əqrəbalarından, bir neçə nəfər öyrədilmiş şəxsdən başqa heç kim iştirak etmirdi. Adi bir qəzetin oxucusu o mitinqdə iştirak edənlərdən on qat artıqdır. Mitinqdə çıxış edən yoxdur, çıxış edənlər də 20 ildir eyni şeyi danışırlar. Onların danışdıqları yalanlara heç kim inanmadığı üçün mitinqlərində də heç kim iştirak etmir. Onların arxasınca getmək üçün gərək ağıldan kəm olasan».

XS
SM
MD
LG