Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:00

Bakı-Sumqayıt qatarına bilet neçəyə olacaq?- [fotolar]


Hələlik, bu xətt üzrə iki qatar işləyəcək. “Azərbaycan Dəmiryolları” QSC-nin mətbuat xidmətinin məlumatına görə, ilin sonuna kimi daha 3 müasir qatar alınacaq

.

Gözlə

No media source currently available

0:00 0:07:09 0:00
Direct-ə keçid

Tezliklə, Bakıdan Sumqayıta qatarla gediş-gəliş reallaşacaq. Dünən - iyunun 3-də prezident İlham Əliyev bu dəmir yolu xəttində görülən yenidənqurma işləri ilə tanış olub.

Hələlik, bu xətt üzrə iki qatar işləyəcək. “Azərbaycan Dəmiryolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov AzadlıqRadiosuna bildirib ki, ilin sonuna kimi daha 3 müasir qatar alınacaq:

“Hələlik, Bakı Sərnişin stansiyasından Koroğlu Metrostansiyasına qədər qatarlar işləyəcək. Bakı-Sumqayıt qatarı Avropa Oyunlarından sonra işləyəcək. İkimərtəbəli, 4 vaqonlu qatarlarda hər cür şərait yaradılıb. İki vaqon artıq alınıb, ilin sonuna kimi daha 3 belə vaqonun alınması gözlənilir. Bundan başqa Riqadan da elektrik qatarlarının alınması nəzərdə tutulur”.

BAKI-SUMQAYIT GEDİŞ HAQQI 1 MANATDAN ÇOX OLMAYACAQ…

Nadir Əzməmmədov deyir ki, Bakı-Sumqayıt qatarlarında gediş haqları müəyyənləşdirlir:

“Bir sərnişinin Bakıdan-Sumqayıta gediş-gəlişi öyrənilir. Məlum olur ki, bu hardasa, 1 manatdır. Dəmir yolu ən ucuz nəqliyyat vasitəsidir. Biz gediş haqqı ilə bağlı təkliflərimizi hazırlayıb, Tarif Şurasına göndərəcəyik. Qiymətləri Tarif Şurası müəyyənləşdircək. Yəqin ki, gediş haqqı 1 manatdan çox olmayacaq”.

45 DƏQİQƏYƏ SUMQAYITA GEDİB-GƏLMƏK MÜMKÜNDÜR…

Bəs, qatarlar hansı vaxt intervalı ilə işləyəcək? Nadir Əzməmmədov hazırda bununla da bağlı araşdırmaların aparıldığını, sərnişin sıxlığının daha çox müşahidə edildiyi vaxtlar qatarlar işləyəcək:

“Hələlik, ancaq iki qatar var. Bu o deməkdir ki, bir qatarda hardasa 920 nəfər sərnişin gedə biləcək. Qatarlar orta hesabla saatda 63 kilometr sürətlə hərəkət edəcək. Bu o deməkdir ki, hər saatbaşı qatarlar yola düşə bilər. İlin sonunda, qatarların sayı artandan sonra, vaxt intervalı daha da azalacaq”.

SUMQAYIT-BAKI QATARI HARADAN KEÇƏCƏK?

Qatarlarda stukada təxminən, 30-35 min sərnişinin daşınması gözlənilir.

Ümumilikdə, 91 kilometr yolun ilk 55 kilometrliyində işlər yekunlaşıb. Sərnişinlər mənzilbaşına Bakı-Biləcəri-Sumqayıt qatarı ilə 40 dəqiqəyə, Bakı-Zabrat-Sumqayıt qatarı ilə 52 dəqiqəyə çata biləcəklər. Dairəvi dəmir yolu üzərində 23 stansiya və dayanacaq olacaq. Bakı-Biləcəri-Sumqayıt qatarı Keşlə, Biləcəri və Xırdalandan keçəcək. Bakı-Zabrat-Sumqayıt üzrə hərəkət edəcək qatar isə - “Koroğlu”, Bakıxanov, Sabunçu, Zabrat, Pirşağı dayanacaqları var.

XS
SM
MD
LG