Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:21

Valideynlər: "Hacıbala Abutalıbov bizi ələ salır"


20 saylı məktən 2012-ci ildə məktəb idi. İndi nə olacaq bilinmir.
20 saylı məktən 2012-ci ildə məktəb idi. İndi nə olacaq bilinmir.

Bakı meri Hacıbala Abutalıbov bu günlərdə yerli mediaya 20 saylı orta məktəbin yerində park olacağı ilə bağlı açıqlama verib... və valideynlər eturaz aksiyası keçiriblər

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bu günlərdə yerli mediaya 20 saylı orta məktəbin yerində park olacağı ilə bağlı açıqlama verib.

Onun açıqlamasından sonra – iyunun 8-də müəllim və valideynlər məktəbin qarşısında etiraz aksiyası keçiriblər. Aksiyaya qatılanlar icra başçısını onları ələ salmaqda suçlayıblar:

“Bu məktəbin tikintisinə dövlət büdcəsindən vəsait ayrılıb. Yəqin ki, Hacıbala Abutalıbovun bundan xəbəri var. Bizə məktəbin bu gün, sabah açılacağını vəd etdikləri bir vaxtda icra başçısı çıxıb, televiziyada deyir ki, bəs, orada məktəb yox, park olacaq. Bu adamları ələ salmaqdır bunun başqa bir adı yoxdur”.

Bizə məktəbin bu gün, sabah açılacağını vəd etdikləri bir vaxtda icra başçısı çıxıb, televiziyada deyir ki, bəs, orada məktəb yox, park olacaq. Bu adamları ələ salmaqdır

Təhsil Naziri Mikayıl Cabbarovsa bu gün mediaya bildirib ki, 20 saylı orta məktəbin yerində məktəb olacaq. Yeni məktəbin 2016-2017-ci tədris ilində istifadəyə verilməsi planlaşdırılır. O ki, qaldı Hacıbala Abutalıbovun dediklərinə, təhsil naziri bunu anlaşılmazlıq kimi qiymətləndirib:

“Ola bilər ki, anlaşılmazlıq olub. Bakı şəhər icra hakimiyyəti məktəb binasının eskiz və layihəsini təsdiqləyib. Düşünürəm ki, problem olmayacaq”.

20 SAYLI MƏKTƏBİN TİKİNTİ, SÖKÜNTÜ XRONOLOGİYASI...

20 saylı orta məktəb Bakı şəhəri Yasamal rayonunda, Fövqəladə Hallar Nazirliyin yanında yerləşir. Məktəb 57 il öncə istifadəyə verilib. 7 il öncə – məktəbin 50 illiyində binada əsaslı təmir işləri başlanıb. Yenidən təmir olunan məktəb istifadəyə veriləndən bir neçə ildən sonra isə tamamilə sökülüb.

Ola bilər ki, anlaşılmazlıq olub. Bakı şəhər icra hakimiyyəti məktəb binasının eskiz və layihəsini təsdiqləyib.

Yasamal rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Şahin Məmmədov söküntü qərarını məktəbin sinif otaqları və kommunikasiya xətlərinin müasir tələblərə cavab verməməsi ilə izah etmişdi.

Bakıdakı bir çox məktəb binalarından daha yaxşı vəziyyətdə olan 20 saylı məktəbin söküntüsü xeyli müzakirələrə səbəb olmuşdu.

45 DƏQİQƏLİK YOL...

Elə ötən il sökülən məktəbin yerində yeni binanın bünövrəsi də qoyuldu. Məktəbin şagirdləri isə Elmlər və Gənclik metrostansiyasının yaxınlığındakı məktəblərə gedirlər. Valideynlərin əsas narazılıqlarına səbəblərdən biri də bununla bağlıdır:

“Bu ərazinin bütün şagirdləri qalıb məktəbsiz. 45 dəqiqə vaxt sərf edib, Gənclikdəki məktəbə gedirik. Məktəbə gedib-qayıdanda hələ yollardakı tıxacları demirik. Biz gözləyirdik ki, bu çətinliklərdən sonra tikinti işləri tezləşdirilər. Amma əksinin şahidi oluruq bir neçə aydır ki, işlər tamamilə dayandırılıb”.

45 dəqiqə vaxt sərf edib, Gənclikdəki məktəbə gedirik. Məktəbə gedib-qayıdanda hələ yollardakı tıxacları demirik.

20 saylı orta mətkəbin qarşısına, valideynlərlə söhbətə gələn Yasamal rayon icra başçısının müavini Təravət Muradova Meydan.tv-nin sualını da cavablayıb. O, bildirib ki, tikintinin dayandırılması müvəqqətidir və tezliklə işlər yenidən bərpa ediləcək:

“Bu dəqiqə şəhərdəki vəziyyətlə, binaların üzlənməsi ilə bağlı bir çox yerdə tikinti dayandırılıb”.

20 saylı orta mətkəb binasının tikintisinə 2014-cü ilin dövlət büdcəsindən 5 milyon manat, 2015-ci ildə isə 10 milyon manat ayırılıb.

XS
SM
MD
LG