Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:18

Hollandiya İkinci Avropa Oyunlarından imtina etdi


Avropa Olimpiya Komitəsinin rəhbəri Patrick Hickey
Avropa Olimpiya Komitəsinin rəhbəri Patrick Hickey

.

Niderland 2019-cu ildə 2-ci Avropa Oyunlarına ev sahibliyi hüququndan imtina edib.

Hollandiya hökuməti iyunun 10-da bildirib ki, bu oyunların təşkili üçün 57,5 milyon avroluq xərc yerli, əyalət və milli hakimiyyət orqanları üçün həddindən artıq çoxdur.

Hökumət həmçinin 2019-cu ildə üzgüçülük və yüngül atletika üzrə Avropa çempionatını əsas gətirərək eyni vaxta düşən Avropa Oyunlarında aparıcı idmançıların lazımınca təmsil olunacaqlarını şübhə altında oqyur.

Avropa Olimpiya Komitəsinin rəhbəri Patrick Hickey bu qərardan təəssüfləndiyini, amma yenə də oyunlara marağına görə Hollandiya hökumətinə təşəkkür etdiklərini bildirib.

Komitə digər 5 potensial ev sahibi ilə danışıqlar aparılacağını bildirir. Amma həmin 5 namizəd ölkənin hansılar olduğu hələlik məlum deyil.

Qeyd edək ki, bu, Azərbaycanda keçirilən ilk Avropa Oyunlarının açılışına 2 gün qalmış baş verib.

İyunun 12-dən 28-dək Azərbaycanda ilk Avropa Oyunları keçiriləcək.

XS
SM
MD
LG