Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 13:55

Bakı 2015 - xəbərlər, foto və videolar

İyunun 12-də Bakıda I Avropa Oyunları başlanır.

Düz 17 gün - iyunun 28-dək bütövlükdə 20 idman növü üzrə yarışlar keçiriləcək. Dördünü çıxmaqla, qalanları Olimpiya idman növləridir.

Avropa Oyunlarında müxtəlif ölkələrdən gəlmiş 6 minədək idmançı yarışacaq.

Bu böyük idman yarışı inşan haqları təşkilatlarının səsləndirdiyi tənqidlər fonunda baş tutur. Onlar Azərbaycanda insan haqlarının acınacaqlı vəziyyətinə diqqət çəkirlər.

Avropa Oyunlarından burada xəbər tuta bilərsən.

Canlı Bloq daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini tıqlamaqka bloqu «vərəqləmək» olar.

12:43 13.6.2015
Avropa Oyunları Instagramda

Yarışlara görə yaradılan #Baku2015 haştaqında minlərlə foto paylaşılıb. Maraqlı fotolardan bəzilərini təqdim edirik. Fotoları idmançılar, turist və könüllülər çəkib. Burada

14:34 13.6.2015
Jolanda Neff ilk çempiondur

Bakı 2015-in 2-ci günündə, dünyanın 1 nömrəli dağ velosipedçisi isveçrəli Jolanda Neff Avropa Oyunlarının ilk qızıl medalını qazanıb.

Gümüş və bürünc medallar uğrunda mübarizə isə daha gərgin keçib. İsveçrəli Kathrin Stirnemann 2-ci, polşalı Maja Wloszczowska isə 3-cü yeri tutub.

15:01 13.6.2015
Patrul

Səncə, müəllif bu karikaturda nə demək istəyir?

17:52 13.6.2015
İlahə Qasımova
İlahə Qasımova
Azərbaycan ilk medalını qazandı

I Avropa Oyunlarında Azərbaycan ilk medalını qazanıb.

Qadın karate yarışı üzrə 55 kiloqram çəkidə İlahə Qasımova bürünc mükafata sahib olub.

O, ispan həmkarı Cristina Ferrer Garcia üzərində 4-2 hesabı ilə qalib gəlib.

Qadın karate yarışında Azərbaycanın daha 2 idmançısı finala yüksəlib.

Davamı

XS
SM
MD
LG