Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:01

TQDK «2» alanların sayını açıqladı


Foto illüstrasiya
Foto illüstrasiya

-

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 11-də orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci sinif şagirdləri üçün keçirdiyi növbəti buraxılış imtahanlarının nəticələrini açıqlayıb.

İmtahanlar Naxçıvan, Qobustan, Ağcabədi, Ağdam, Zərdab, Bərdə, Tərtər, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, İsmayıllı, Şamaxı, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı, Siyəzəndə, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında yerləşən orta məktəblərdə buraxılış siniflərində mərkəzləşdirilmiş qaydada aparılıb.

9-cu sinifdə imtahan test üsulu ilə ana dili və riyaziyyat fənləri üzrə keçirilib. Şagirdlərə hər fənn üzrə 30-60 test tapşırığı verilib.

İmtahan verən 24 min 827 şagirddən 7 nəfər maksimum nəticə göstərərək 60 bal toplayıb.

Ana dili fənnindən 6 min 664 şagird «iki», 1718 şagird isə «beş» alıb.

XI sinif şagirdləri üçün buraxılış imtahanları ana dili, riyaziyyat və xarici dil fənlərindən keçirilib. İmtahanda iştirakı nəzərdə tutulan 20 min 865 şagirddən 449 nəfəri imtahana gəlməyib, 3 nəfər qaydaları pozduğu üçün nəticələri ləğv olunub.

TQDK-nın internet saytında 20 min 413 şagirdin imtahan nəticələri yerləşdirilib. İştirakçılardan 39 nəfəri maksimum nəticə göstərərək 90 bal toplayıb.

Buraxılış imtahanında iştirak edən 11-ci sinif şagirdlərinin 4 min 520 nəfəri ana dili fənni üzrə, 5 min 485 nəfəri riyaziyyat, 4 min 814 nəfəri xarici dil, 65 nəfəri isə kimya fənni üzrə «2» qiyməti alıb.

XS
SM
MD
LG