Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:36

Şagirdləri "2" alan rayonlar


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2, 6, 11, 16 iyun tarixlərində respublikanın bütün orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib. Bu imtahanlarda XI sinfi bitirən 86156 şagird iştirak edib. Artıq buraxılış imtahanlarının nəticələri də məlumdur.

Modern.azsaytı TQDK-dan əldə etdiyi məlumat əsasındaXI siniflər üçün keçirilən buraxılış imtahanlarında ən aşağı nəticə göstərmiş rayonların siyahısını təqdim edir.

Həm Ana dili, həm də riyaziyyat fənnindən bu il məzunları ən aşağı nəticə göstərən rayonSabirabaddır. Bu rayonun məktəblərində təhsil alan şagirdlərin 46,80 faizi Ana dilindən, 50,59 faizi isə riyaziyyatdan "2” alıb.

Məzunları pis nəticə göstərən ikinci rayon Daşkəsəndir. Bu rayonda 11-ci sinfi bitirən məzunların 43,82 faizi Ana dili, 49 faizi riyaziyyatdan "2” qiyməti alıb.
Xoşagəlməz siyahıda üçüncü yeri Ağcəbədi rayonu tutur. Belə ki, Ağcəbədidə məzunların 46,22 faizi riyaziyyatdan, 39 faizi Ana dilindən "2” alıblar.
Gədəbəyməzunları ən pis nəticə göstərən dördüncü rayondur. Bu rayonda 11-ci sinfi bitirən məzunların 41 faizi Ana dilindən, 36,73 faizi isə riyaziyyatdan "2” qiyməti alıblar.

Məzunları Ana dili və riyaziyyatdan "2” alan rayonlar sırasında ilk "beşlik”Hacıqabul rayonu ilə qapanır. Hacıqabullu məzunların 36,22 faizi Ana dilindən, 44,13 faizi isə riyaziyyatdan "2” qiyməti alıblar.

XS
SM
MD
LG