Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:42

Azərbaycan ordusunun təməl daşı – «Tatar Atlı Alayı» [audio]


«Tatar Atlı Alayı»
«Tatar Atlı Alayı»

-

AzadlıqRadiosunun «İz» proqramı önəmli bir günü - Ordu Gününü bayram etdiyimiz günlərdə «Tatar Atlı Alayı» barədə verilişi diqqətə yetirir.

Azərbaycan ordusunun təməl daşı – «Tatar Atlı Alayı»
Gözlə

No media source currently available

0:00 0:29:57 0:00
Direct-ə keçid

AZƏRBAYCANLILARDAN İBARƏT YEGANƏ MİLLİ HƏRBİ HİSSƏ

1914-cü ildə yaranan və istər bütövlükdə Azərbaycanın, istərsə cümhuriyyətin hərb tarixində önəmli yeri olan «Tatar Atlı Alayı»nın adı o zaman dillərdə gəzib.

Bu alay I Dünya Müharibəsində, əsasən, azərbaycanlılardan ibarət yeganə milli hərbi hissə olub.

MİXAİL ALEKSANDROVİÇ MİLLİ PALTAR GEYİNİB, ŞƏRAB İÇMƏYİB...

Çar Nikolayın qardaşı Mixail Aleksandroviç «Tatar alayı»nın qatıldığı Qafqaz diviziyasının komandiri olub, milli hərbi paltar (milli köynək - qara çəpkən, üstündən çuxa, qara Buxara papağı, qırmızı paqon) geyinib.

Çarın qardaşı şərab içmədiyindən döyüşçülər də onun başçılığını da könüldən qəbul edib.

«İSTİQLAL BƏYANNAMƏSİ»Nİ BU ALAY QORUYUB

Sonrakı illərdə bu alay milli qüvvələrin yanında olub. 1918-ci il mayın 28-də Tiflisdə «İstiqlal Bəyannamə»siqəbul ediləndə, binanın həyətində cümhuriyyətçiləri «Tatar Alayı»qoruyub.

Cümhuriyyəti quranlar bu alaya güvənərək istiqlaliyyəti elan ediblər.

Onlar əmin idilər ki, bu alay onları qoruyursa,Müvəqqəti Hökumətin, başqa mürtəce qüvvələrin heç bir provokasiyası baş tutmayacaq.

Çünki «Tatar Alayı» 4 il döyüş təcrübəsi olan peşəkar hərbçilərdən toplanmışdı.

ALAYI MİLLİ BURJUAZİYA YARADIB VƏ MALİYYƏLƏŞDİRİB

Alayın yaradılmasında milli burjuaziyanın böyük rolu olub. Milli burjuaziya alayın təchizatında daönəmli rol oynayıb.

Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmməd də bu alayda xidmət edib.

Əfsanəvi şair Məhəmməd Hadi alayın mollası olub.

«SİZ BU ŞÖHRƏTİ SONADƏK QORUYACAQSINIZ!»

1917-ci ildə imperiya parçalandı. «Tatar Alayı» Rusiyadakı çevrilişlərə və vətəndaş savaşına qoşulmadı və tam halda Tiflisə gəldi.

Alay Rusiyadan qayıdanda, onun komandiri Pyotr Polovtsov Peterburqun hərbi qubernatoru təyin edilsə də, Qafqaz sərhədlərinədək onları ötürdü. O, yazılı müraciət imzalayaraq bildirdi ki, «sizin kimi şəxslərlə birgə xidmət etmək məndən ötrü böyük şərəf idi və əminəm ki, siz bu şöhrəti sonadək qoruyub saxlayacaqsınız».

BAKINI AZAD ETDİ, AZƏRBAYCAN ORDUSUNUN TƏMƏL DAŞINA ÇEVRİLDİ

Elə də oldu. Peşəkar hərbçinin dedikləri özünü doğrultdu. Cümhuriyyətin elanından sonra bu alay Bakının azad edilməsində böyük şücaət göstərdi.

Qafqaz İslam Ordusunun yaradılmasındafundament rolunu oynadı, bu ordunun ən döyüşkən süvari hissəsi oldu.

Daha sonra yaradılmaqda olan Azərbaycan Ordusunun təməl daşına - ilk hərbi birləşməsinə çevrildi...

XS
SM
MD
LG