Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:23

Türkmənistan prezidentinə mahnı həsr edən azərbaycanlı


Gurbanguly Berdymukhammedov
Gurbanguly Berdymukhammedov

-

virtualaz.org Türkmənistan prezidenti Gurbanguly Berdymukhammedov-a həsr etdiyi, 4 dəqiqəlik «Türkmənnamə»nin müəllifi, bəstəkar Rauf Əliyevdən müsahibə alıb.

O deyib ki, bu haqda sifarişi ona TÜRKSOY-un baş katibi Düsen Kaseinov verib:

«O bildirdi ki, Türkmənistanın Marı şəhərində musiqi festivalı keçiriləcək. Festival günləri də həm Türkmənistan Mədəniyyət günlərinə, həm də ölkə başçısı Gurbanguly Berdymukhammedov-un doğum günü ərəfəsinə təsadüf edir. Təşkilat mənə sifariş etdi ki, Türkmənistana aid əsər yazım. Yəni mən bu musiqi əsərini sifarişlə yazmışam».

Bəs müəllif əsərinin qəhrəmanı haqda nə bilir? Bəstəkarın cavabı:

«…Türkmənistan prezidentindən söhbət getdiyinə görə onu da internetdə araşdırdım. Sözsüz ki, onun dövlət başçısı kimi də uğurları var. Amma mənə ən xoş gələn o oldu ki, prezident özü bir neçə musiqi alətində ifa edir və mahnı oxuyur. Bəstəkarda fikir yaranmalıdır ki, əsəri yaratsın. Məndə həqiqətən həmin insana qarşı hörmət və müsbət fikirlər yarandı, sonra da aprel ayında «Türkmənnamə» adlı əsəri yazmağa başladım... Mən sifarişlə yazılan əsərə normal baxıram, amma istənilən halda bəstəkarın mövzuya öz münasibəti də olmalıdır. Onu da qeyd edim ki, bu əsər mənim ölkə başçısına ithaf etdiyim ilk əsər deyil. Ötən il də Azərbaycanın ümummilli liderimiz Heydər Əliyevə ballada həsr etmişəm. Mədəniyyət və Turizm Nazirliyi bu əsəri məndən aldı və başqa bəstəkarlarla bir yerdə siyahıya daxil edildi. Bu əsər də ithafdır, amma nəyə görəsə Türkmənistan prezidentinə ithaf etdiyim əsər birmənalı qarşılanmadı».

Azad Rəhimov
Azad Rəhimov

İDMANDA AZƏRBAYCAN STANDARTI

«Qitədə ilk dəfə keçirilən Avropa Oyunlarının standartları yox idi. Bu standartları Azərbaycan müəyyənləşdirdi».

Bunu «Azərbaycan» qəzetinə müsahibəsində I Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru, Gənclər və idman naziri Azad Rəhimov deyib.

«Prezident İlham Əliyev də tapşırıq vermişdi ki, Avropa Oyunları Yay Olimpiya Oyunları standartları səviyyəsində keçirilməlidir və həqiqətən də belə oldu. Bütün yarış meydançaları, məşq zalları, idmançıların istirahət otaqları, onların qidalanması, Atletlər Kəndinin yaradılması və digər proseslər bu standartlara uyğun qurulmuşdu. Hər bir xarici idmançı da, nümayəndə heyətinin üzvü də indiyədək belə bir şəraitlə rastlaşmadıqlarını söyləyirdi».

Nazir qeyd edib ki, Avropa Oyunlarında istifadəyə verilən idman obyektləri 2017-ci ildə ölkədə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına da yetərli olacaq.

BEYNƏLXALQ BANKDA SAXTA «BRİLYANT İŞİ»

«Yeni Müsavat» qəzeti bankın Gəncə filialında da araşdırma başlanması yayılan xəbərlərə də toxunur:

Brilyant
Brilyant

«Gəncə filialının müdiri Sabit Fətizadə maliyyə nazirinin birinci müavini İlqar Fətizadənin qardaşı oğludur. Xəbərlərdə deyilir ki, bank rəhbəri brilyanta oxşar daşları brilyant adı ilə rəsmiləşdirib, Beynəlxalq Banka girov qoyaraq qohumlarının adına külli miqdarda kredit götürüb. Bu yolla əlində milyonlarla pul cəmləşdirən Sabit Fətizadə Gəncə və Bakı şəhərlərində xeyli sayda mülk sahibi olub. Onun bu posta təyinatında əmisinin böyük rolu olduğu iddia edilir…».

GEDƏNLƏR GƏLƏNLƏRDƏN ÇOXDUR

«Azərbaycanda turizm niyə məhv edilir?». Bu suala «Azadlıq» qəzeti cavab axtarır.

Qəzet yazır ki, Azərbaycanın böyük turizm potensialı olsa da, ondan tam istifadə olunmur. «Ötən ilin statistikasına görə, ölkəmizə gələn əcnəbi qonaqların sayı 2 milyon olub. Amma bu rəqəm təkcə turistləri əhatə etmir və ölkəmizin hüdudunu keçən bütün əcnəbilər bu siyahıya əlavə olunub. Lakin təkcə Azərbaycanda İran və Türkiyəyə gedənlərin sayı bu statistik rəqəmdən iki dəfə çoxdur. Əslində bu göstərici böyük faciədən xəbər verir. Çünki ekspertlər Azərbaycanın postneft dövründə yalnız iki sahədən gəlir əldə edə biləcəyini yazır. Birinci sahə turizm, ikinci sahə isə kənd təsərrüfatıdır».

İqtisadçı Qadir Ibrahimli «Azadlıq»a deyib ki, turizmin inkişaf etməməsi bir neçə səbəblə bağlıdır. Birinci səbəbi nəqliyyat xərclərinin baha olmasında görən ekspert vurğuladı ki, eyni zamanda Azərbaycanda turizm sektorunda xidmət səviyyəsi çox aşağıdır.

XS
SM
MD
LG