Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:51

Əmanətlər yenə coraba yığılır


Arxiv fotosu
Arxiv fotosu

.

Mərkəzi Bank may ayı üçün bank sektorunda əmanətlərin statistikasını açıqlayıb. Artıq 3-cü aydır ki ard-arda əhalinin banklarakı əmanətləri əriməkdə davam edir. Ekspertlər bunu əmanətlərin bankdan kütləvi çıxarılması kimi izah edirlər.

Mərkəzi Bankın (MB) rəsmi məlumatına görə may ayında banklardakı əmanətlərin ümumi məbləğində 116 milyon manat azalma baş verib. Əvvəlki ayda bank əmanətləri 64 milyon, martda isə 151 milyon manat aşağı düşmüşdü.

Əslində əmanətlərin azalması daha yüksək rəqəmlərlə ifadə oluna bilərdi. Belə ki, fevralın 19-da baş vermiş 34 %-lik devalvasiyadan sonra vətəndaşlar əmanətlərinin bir hissəsini manatdan ABŞ dollarına çevirdilər və bahalaşmış dolların nəticəsində bank əmanətlərinin manat ifadəsilə həcmində fevralda 7 milyard 121,3 milyon manatdan 7 milyard 932,7 milyon manata qədər artım baş verdi. Sonrakı aylarda əmanətlərin tədricən azlması prosesi başlandı.

Mütəxəssislər MB-nin adekvat tədbirlər görməyəcəyi təqdirdə bu prosesin davam edəcəyini deyirlər.

Vəkil, bank sektoru üzrə ekspert Əkrəm Həsənov hesab edir ki, əhalinin bank əmanətlərinin, yəni həm də bankların aktivlərinin, azalmasının bank sisteminə etimadın sarsılması, növbəti devalvasiya gözləntisi, əmanətlər üzrə gəlirlərin azalması və sair kimi səbəbləri var.

Çıxış yolu olaraq Əkrəm Həsənov Mərkəzi Bankın və kommersiya banklarının daha şəffaf olması, ictimaiyyətin dəqiq və vaxtında məlumatlandırmasını, kredit götürən vətəndaşlara müəyyən güzəştlər verilməsini təklif edir. Onun fikrincə, yalnız bu yolla etimadı bərpa etmək, maliyyə sektorunun çoküşünü önləmək olar.

Qeyd edək ki, MB həm də özünün iyun ayının 30-a valyuta ehtiyatlarının həcmini də açıqlayıb. Mərkəzi bank valyuta bazarını intervensiyasını azaltmaqla bir ay öncəki dövrlə müqayisədə ehtiyartlarını 1% (89,4 milyon ABŞ dolları) artırıb və 8 milyard 520.2 milyon dollara çatdırıb. Son iki ayda isə MB-nin valyuta “çantası” 132,3 milyon dollar şişib.

Neftin dünya bazarındakı qiymətinin kəskin azalması nəticəsində MB-nin valyuta ehtiyatları keçən ilin avqustundan başlayaraq azalır. Ötən il iyul ayının 31-dək Mərkəzi Bank valyuta alışları sayəsində ehtiyatlarını 15 milyard 193.4 milyon dollara çatdırmişdı. Bu ilin əvvəlinə isə ehtiyatların bir hissəsi bazara çıxarıldığından həmin məbləğ 13 milyard 758.3 milyon dollara düşmüşdü. Təkcə fevralda devalvasiya daha 2,7 milyard dolları “yemişdi”.

XS
SM
MD
LG