Bu il Azərbaycanda Ramazan bayramı ilə əlaqədar ardıcıl 4 gün qeyri-iş günü olacaq.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, Nazirlər Kabineti tərəfindən 2014-cü il noyabrın 21-də “2015-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərar qəbul edilib.
Qərara əsasən, 17 və 18 iyul tarixləri Azərbaycanda Ramazan bayramı qeyd ediləcək. İyulun 18-i şənbə gününə təsadüf etdiyindən 5 günlük iş rejimi ilə işləyən müəssisələrdə iyulun 20-si - bazar ertəsi günü də qeyri-iş günü olacaq.