Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 12:01

AzadlıqLive - Fazil Mustafa: "Bu İran əllamələrinə baxın"

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izlə

AzadliqRadiosunun gündəlik TV proqramı hər gün Bakı vaxtı ilə saat 22-də günün əsas hadisələri xəbərlər, reportaj və müsahibələrdə AzadliqRadiosu.TV kanalında və internetdə​

(AzadliqLive burdan dinlə - Link axşam saat 8-də aktivləşəcək)

16:07 13.7.2015

Bir özəl bank bağlandı, biri də idarəçiliyə götürldü

Mərkəzi Bank "Evrobank"ı bağladı, "Azərbaycan Kredit Bank"ını isə idarəçiliyə götürdü. Evrobankda əhalinin əmanətləri yoxdur, Kredit Bank-da isə azdır.

17:55 13.7.2015

İlham Əliyev: “Ermənistan danışıqlar prosesini boykot edir”

Nazirlər Kabinetinin iclasında APA-nın məlumatına görə, İlham Əliyev deyib: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş yoxdur”.

18:17 13.7.2015

İlham Əliyev: "O qətnamələr bizim üçün kağız parçasıdır"

İlham Əliyev Nazirlər Kabinetinin iclasında deyib: “Bu yaxınlarda Avropa Oyunları zamanı Avropa Şurası Parlament Assambleyasında qətnamə qəbul edildi. Qətnamənin mətnində məruzəçilər tərəfindən mətndə yazılmışdı ki, Assambleya nəzərə alır ki, Azərbaycan torpaqları işğal altındadır. O cümləni götürüb dəyişirlər, yazırlar ki, Assambleya nəzərə alır ki,Dağlıq Qarabağ münaqişəsi mövcuddur. Bu, nə deməkdir?! Bu, açıq-aydın anti-Azərbaycan mövqeyidir”.

18:19 13.7.2015

İlham Əliyev: Almaniya Bundestaqının bizimlə nə işi var?

İlham Əliyev Nazirlər Kabinetinin iclasında deyib: "Birinci Avropa Oyunlarının açılışına iki gün qalmış Avropa Parlamentində Azərbaycana qarşı qərəzli qətnamə müzakirəyə çıxarılsa da, qəbul olunmadı. Almaniya Bundestaqında isə anti-Azərbaycan məzmunlu qətnamə qəbul edildi. Bu da bir daha ölkəmizin, onun uğurlarını gözdən salmağa çalışan çirkin kampaniyanın tərkib hissəsidir. Sual olunur, Almaniya Bundestaqının bizimlə nə işi var, Almaniya Bundestaqı özünü nə zənn edir? Dünyanın ağasıdırmı, dünyaya hakimdirmi, hamı onlara tabemi olmalıdır? Görünür ki, onlar pis öyrəşiblər, amma bizi başqaları ilə müqayisə etməsinlər. Bizim onlarla münasibətlərimiz distansiya çərçivəsindədir, bizim onlardan heç bir istəyimiz yoxdur. Əksinə, bizim qazımız, kontraktlarımız, neftimiz, bizim bu coğrafiyada, ərazidə fəaliyyətimiz onlara lazımdır”.

Davamı

XS
SM
MD
LG