Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:43

Gözdən əlillər üçün planşet


«Braille Pad» komandası
«Braille Pad» komandası

-

Bir qrup azərbaycanlı gənc görmə qüsurlu insanlar üçün planşet üzərində çalışır.

Layihə ciddi görmə problemli insanların oxuyub-yazması üçün tərtib edilən Brayl əlifbasının adına uyğun olaraq «Braille Pad» adlanır.

«Görmə qüsurlu insanlar tam sərbəst şəkildə onlayn kitablar, məqalələr oxuyacaq, müxtəlif saytlara, hətta sosial şəbəkələrə daxil olaraq dostları ilə danışa və cəmiyyətə inteqrasiya ola biləcəklər» - layihə rəhbəri Rəşid Əliyev deyir.

«Braille Pad» komandası 4 nəfərdən ibarətdir. layihənin rəhbəri və «hardware developer» Rəşid Əliyev, qrafik dizayner Hüseyn Qulamov, marketinq direktoru Nərmin Əliyeva və «software developer» Səddam Bilalov.

Ukraynada «Vernadsky Challenge» müsabiqəsində dördüncülük qazanan «Braille Pad» layihəsi Qafqaz Universitetinin keçirdiyi «Yeni Fikir 2015» müsabiqəsində də dördüncü yeri tutaraq 1500 manat qrant alıb.

Hazırda Los-Ancelesdə Kaliforniya Universiteti ilə danışıqlar aparan komanda yaxınlarda aparat və proqram təminatı işlərinin, marketinq araşdırmalarının birinci mərhələsini tamamlamaq niyyətindədir.

Layihə Azərbaycan Milli Elmlər Akademiyasının İnnovasiya şöbəsinin də diqqətini cəlb edib. Razılıq əldə olunarsa, komanda layihəni AMEA ilə birgə həyata keçirməyi planlaşdırır.

XS
SM
MD
LG