Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 20:39

Avropa Oyunlarının kəndliyə vurduğu böyük ziyan


Masallı bazarı
Masallı bazarı

-

Bölgələrdə kənd təsərrüfatı məhsullarının sahələrdə qaldığı deyilir...

“Yaşayışımız yetişdirdiyimiz kənd təsərrüfatı məhsullarından əldə edəcəyimiz qazancdan aslıdır. Bu il də, bu qazanc elə də çox deyil.”

Bu sözləri Masallı rayonunun Təklə kənd sakni Səmədağa Həsənov deyir.

Onun sözlərinə görə, qazancın az olmasınn bir səbəbi də Bakıda keçirilmiş Avropa oyunları ilə bağlıdır:

“Bizə çoxlu ziyan dəydi”

“Məhsul tədarük edilən vaxtı gəlib mal aparmadılar. Bəhanələri bu oldu ki, Bakıya maşın buraxılmır. Bizə çoxlu ziyan dəydi. Yaxşı olardı ki, belə tədbirləri mövsüm vaxtı keçirməsinlər. Digər tərəfdən gözləyirdik ki,məhsullar Rusiyaya daşınacaq. İlk günlərdə məhsul apardılar, sonra bu iş dayandı. Sürücülər deyirdilər ki,sərhəddə rüsum böyükdür.”

Səmədağa Həsənov deyir ki, açıq sahədə əkilən kartofun 30 faizi yığılmayıb. Çünki alıcı yoxdur:

“Kartof yerdə qalıb”

“Açıq sahədə əkilən kartofun 1 kiloqramının maya dəyəri 17-18 qəpikdir. Rayonların bazarlarında isə kartofun 1 kiloqramı 30-35 qəpiyədir. Maşın və fəhlə pulunu da üstünə gəlsən, yerdə bir şey qalmır. Ona görə kartof yerdə qalıb. 20 kiloqramlıq qoyuna 100 manatdan artıq pul vermirlər. Bu də sərf etmir. Əlimiz yenə boşda qaldı.”

Masallı rayonunun Musaküçə kənd sakini Eynulla Eynullayev isə Rusiyadan doğma kəndinə qayıdıb, təsərrüfatla məşğuldur. 5 hektar sahədə müxtəlif kənd təsərrüfatı məhsulları əkib.

O deyir ki, burda kənd təsərrüfatı məhsulları Rusiya ilə müqayisədə baha başa gəlir. Çünki xidmətlər bahadır. Həmçinin məhsulu satmaq üçün geniş bazar yoxdur. Digər tərəfdən suvarma sistemi yararsızdır. Bu da məsuldarlığı aşağı salır.

“Sahələr vaxtında suvarılmır”

“Hər il suvarma ilə bağlı müxtəlif inistansiyalara müraciət edirəm. Sahələr vaxtında suvarılımır. Əkin sahəm elə yerdədir ki, su verilməsə məhsul olmur. Məhsul olanda da onu satmaq problemi ortaya şıxır.” - deyir Eynulla Eynullayev .

Masallı suvarma sistemləri idarəsinin rəisi Ağabəy Ağayevin sözlərinə görə isə əkin sahələrin suvarılmasında heç bir problem yoxdur:

Bananı çıxsaq, qalan məhsullar özümüzünküdür. İndi əsas məsələ yetişdirilən məhsulların zay olmasının qarşısını almaqdır. Bunun üçün anbarlar var. Ancaq bu anbarlar məhsulu baha qiymətə saxlayırlar.

“Eynulla Eynullayevin pomidor sahəsi də digər sahələr kimi suvarılır. İndi də orda su var. Amma sahibkar su ilə bağlı heç bir müqavilə bağlamayıb. Ümumiyyətlə, su pulu vermir.”

“Anbarlar məhsulu baha qiymətə saxlayırlar”

İqtisadçı Vidadi Mirzəyev deyir ki, mövsüm vaxtı kənd təsərrüfatı məhsulları elə də baha olmur. Əsas odur ki, bu məhsullar il boyu insanlar üçün ələ çatan olsun:

“Rayonların bazarlarında xarici ölkələrdən gətirlmiş kənd təsərrüfatı məhsulları əskik olmazdı. İlboyu belə idi. Mövsüm vaxtı bazarlarımızda yerli kənd təsərrüfatı məsullarının yükü artıb. Bananı çıxsaq, qalan məhsullar özümüzünküdür. İndi əsas məsələ yetişdirilən məhsulların zay olmasının qarşısını almaqdır. Bunun üçün anbarlar var. Ancaq bu anbarlar məhsulu baha qiymətə saxlayırlar. Qış aylarında kənd təsərrüfatı məhsullarının yetişdirlməsinə də diqqət vetirilməlidir. İndi bazara eyni vaxtda çoxlu kənd təsərrüfatı məhsulları çıxarılır. Nəticədə qiymət aşağı düşür. İstehsalçı ziyana düşür. Tələbatı ödəyən bazar lazımdır, o da yuxdur.”

XS
SM
MD
LG