Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:30

"Əmanətçilərə kompensasiya ödənməyəcək"


Azərbaycan manatı
Azərbaycan manatı

-
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) "Azərbaycan Kredit Bankı" ASC-nin əmanətçilərinə kompensasiya ödəməyə hazırlaşmır. Bunu Trend-ə ADIF-in icraçı direktoru Azad Cavadov deyib.


Azərbaycan Mərkəzi Bankı iyulun 16-da "Azərbaycan Kredit Bankı" ASC-nin lisenziyasını geri çağırıb.


Azad Cavadov deyir ki, "Azərbaycan Kredit Bankı"nın bağlanması sığorta hadisəsi deyil, bu, məcburi ləğv etmədir:


"Buna görə də ADIF bankın əmanətçilərinə kompensasiya ödəməyəcək".


A.Cavadov qeyd edib ki, əgər bank ləğv olunarsa və ya o, əmanətçilər qarşısında öhdəliklərini yerinə yetirə bilmirsə, Fond əhalinin əmanətlərini kompensasiya edir.


ADIF-ın icraçı direktoru qeyd edib ki, "Azərbaycan Kredit Bankı"nın əmanətçilərə vəsaitlərini qaytarmaq üçün kifayət qədər vəsaiti var:


"Bu bankda əmanətlərin həcmi təqribən 3,4 milyon manatdır. Bu, o qədər də böyük məbləğ deyil ki, vəsaitlərin qaytarılması ilə bağlı problem olsun".


O, diqqətə çatdırıb ki, bankda sığortalanmış əmanətlərin həcmi təqribən 1,4 milyon manat təşkil edir.

XS
SM
MD
LG