Azərbaycanda yazılı medianın 140 illiyi qeyd edilərkən, AzadlıqRadiosunun da 62 illiyidir. Bu radio 1953-cü ildən bu yana Azərbaycana verilişlər yayır. Bu müddət ərzində 11 dövlət başçısının hakimiyyət illərinə şahidlik edib.
Dövlət rəhbərləri arasında AzadlıqRadiosunun səsini boğmağa çalışanlar da olub, onun fəaliyyətini alqışlayıb, fəaliyyətinə dəstək olanlar da. Doğrudur, ikincilərin sayı o qədər çox olmasa da...
AzadlıqRadiosunun 62 illik tarixində gəlmiş-getmiş dövlət başçıları, prezidentlər barədə TimeLine:
Qeyd:
Timelİne avtomatik işə düşür. Animasiyanı dayandırmaq üşün PAUZA düyməsini vurun. Timeline-ı bir də şəkillərin sağı və solundakı ox işarələri ilə “vərəqləyə” bilərsiz.
Ilham Əliyev
2014 (26 dekabr) - ...
Azərbaycan Respublikasının prezidenti
2014-cü il dekabrın sonunda AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayıl həbs edildi, Bakıdakı bürosu prokurorluq işçiləri tərəfindən bağlandı, jurnalistlər çölə atıldı. Büroya qarşı əsassız ittihamlar irəli sürüldü, əməkdaşlar istintaqa çəkildi.
Ilham Əliyev
2009 (1 yanvar) - 2014 (26 dekabr)
Azərbaycan Respublikasının prezidenti
2009-cu ilin yanvarında AzadlıqRadiosunun FM tezliyində yayımı üçün lisenziyası ləğv edildi.
Ilham Əliyev
2003 (31 oktyabr) – 2009 (1 Yanvar)
Azərbaycan Respublikasının prezidenti
Ilham Əliyevin hakimiyyətinin ilk illərində AzadlıqRadiosunun proqramlarının başqa teleradiokanallarda yayılmasına imkan verilmədi. Amma radio Bakıdakı bürosunu rəsmi qeydiyyata aldırdı, proqramlarının yayılması üçün FM tezliyi əldə etdi.
Heydər Əliyev
1993 (10 oktyabr) – 2003 (31 oktyabr)
Azərbaycan Respublikasının prezidenti
Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycanda yerli media sərt senzura şəraitində işləyirdi. Belə vəziyyətdə cəmiyyətin senzurasız informasiya ala bildiyi demək olar yeganə mənbəyə çevrildi. Radionun Bakıda qeyri-rəsmi də olsa, bürosu fəaliyyətə başladı.
Əbülfəz Elçibəy
1992 (17 iyun) - 1993 (1 sentyabr)
Azərbaycan Respublikasının prezidenti
Azərbaycanda bir tərəfdən müstəqil dövlət quruculuğu gedir, digər yandan Qarabağ üstündə Ermənistanla müharibə şəraiti vardı. Radio bu şəraitdə Azərbaycan vətəndaşlarının ən etibarlı informasiya mənbələrindən biri kimi öz rolunu oynayır, fəaliyyətini genişləndirirdi.
İsa Qəmbər
1992 (17 may) – 1992 (17 iyun)
Ali Sovetin Sədri, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən şəxs.
Azərbaycanda bir tərəfdən müstəqil dövlət quruculuğu gedir, digər yandan Qarabağ üstündə Ermənistanla müharibə şəraiti vardı. Radio bu şəraitdə Azərbaycan vətəndaşlarının ən etibarlı informasiya mənbələrindən biri kimi öz rolunu oynayır, fəaliyyətini genişləndirirdi.
Ayaz Mütəllibov
1992 (14 may) – 1992 (18 may)
Qısa müddət üçün Azərbaycan Respublikasının prezidenti vəzifəsinə bərpa edilib.
Azərbaycanda bir tərəfdən müstəqil dövlət quruculuğu gedir, digər yandan Qarabağ üstündə Ermənistanla müharibə şəraiti vardı. Radio bu şəraitdə Azərbaycan vətəndaşlarının ən etibarlı informasiya mənbələrindən biri kimi öz rolunu oynayır, fəaliyyətini genişləndirirdi.
Yaqub Məmmədov
1992 (28 fevral) – 1992 (15 may)
Ali Sovetin Sədri, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən şəxs.
Azərbaycanda bir tərəfdən müstəqil dövlət quruculuğu gedir, digər yandan Qarabağ üstündə Ermənistanla müharibə şəraiti vardı. Radio bu şəraitdə Azərbaycan vətəndaşlarının ən etibarlı informasiya mənbələrindən biri kimi öz rolunu oynayır, fəaliyyətini genişləndirirdi.
Ayaz Mütəllibov
1991 (18 oktyabr) – 1992 (6 mart)
Azərbaycan Respublikasının ilk prezidenti
Azərbaycanda milli azadlıq hərəkatı genişləndi, dövlət müstəqilliyi bərpa edildi. İçtimai fəallar dan savayı, radio artıq Bakıdakı əməkdaşlarından da məlumatlar almağa başladı.
Ayaz Mütəllibov
1990 (14 sentyabr) – 1991 (18 oktyabr)
Azərbaycan SSR-nin ilk və son prezidenti. Azərbaycan SSR ləğv edildi, Azərbaycan Respublikası yaradıldı.
Azərbaycanda milli azadlıq hərəkatı genişləndi, dövlət müstəqilliyi bərpa edildi. İçtimai fəallar Bakıdan radio üçün məlumatlar verməyə başladılar.
Ayaz Mütəllibov
1990 (25 yanvar) – 1990 (14 sentyabr)
Azərbaycan SSR Kommunist Partiyası MK-nın Birinci Katibi (Onun zamanında bu vəzifə ləğv edildi.)
SSRİ-nin hər yerində olduğu kimi Azərbaycanda da milli azadlıq hərəkatı başladı. İnsanlar AzadlıqRadiosunu artıq bağlı qapılar arxasında deyil, aşkarda dinləyir, onun mövzularını həvəslə başqaları ilə müzakirə edirdilər. İçtimai fəallar Bakıdan radio üçün məlumatlar verməyə başladılar.
Əbdürrəhman Vəzirov
1988 (21 may) – 1990 (20 yanvar)
Azərbaycan SSR Kommunist Partiyası MK-nın Birinci Katibi
SSRİ-nin hər yerində olduğu kimi Azərbaycanda da milli azadlıq hərəkatı başladı. İnsanlar AzadlıqRadiosunu artıq bağlı qapılar arxasında deyil, aşkarda dinləyir, onun mövzularını həvəslə başqaları ilə müzakirə edirdilər. İçtimai fəallar Bakıdan radio üçün məlumatlar verməyə başladılar.
Kamran Bağırov
1982 (3 dekabr) – 1988 (21 may)
Azərbaycan SSR Kommunist Partiyası MK-nın Birinci Katibi
Kamran Bağırovun hakimiyyətinin son illərində SSRİ-nin hər yerində olduğu kimi Azərbaycanda da milli azadlıq hərəkatı başladı. İnsanlar AzadlıqRadiosunu artıq bağlı qapılar arxasında deyil, aşkarda dinləyir, onun mövzularını həvəslə başqaları ilə müzakirə edirdilər. İçtimai fəallar Bakıdan radio üçün məlumatlar verməyə başladılar.
Heydər Əliyev
1969 (14 iyul) – 1982 (3 dekabr)
Azərbaycan SSR Kommunist Partiyası MK-nın Birinci Katibi
Sovet hakimiyyəti illərində AzadlıqRadiosunun nə Bakıda bürosu vardı, nə FM tezliyi. Radio qısa dalğalarda yayılırdı və həqiqət eşitmək istəyənlər gecələr qapıları bağlayıb AzadlıqRadiosunu dinləyirdilər.
Vəli Axundov
1959 (10 iyul) – 1969 (14 iyul)
Azərbaycan SSR Kommunist Partiyası MK-nın Birinci Katibi
Sovet hakimiyyəti illərində AzadlıqRadiosunun nə Bakıda bürosu vardı, nə FM tezliyi. Radio qısa dalğalarda yayılırdı və həqiqət eşitmək istəyənlər gecələr qapıları bağlayıb AzadlıqRadiosunu dinləyirdilər.
İmam Mustafayev
1954 (12 fevral) – 1959 (12 iyun)
Azərbaycan SSR Kommunist Partiyası MK-nın Birinci Katibi
Sovet hakimiyyəti illərində AzadlıqRadiosunun nə Bakıda bürosu vardı, nə FM tezliyi. Radio qısa dalğalarda yayılırdı və həqiqət eşitmək istəyənlər gecələr qapıları bağlayıb AzadlıqRadiosunu dinləyirdilər.
Mir Teymur Yaqubov
1953 (6 aprel) – 1954 (12 fevral)
Azərbaycan SSR Kommunist Partiyası MK-nın Birinci Katibi
Sovet hakimiyyəti illərində AzadlıqRadiosunun nə Bakıda bürosu vardı, nə FM tezliyi. Radio qısa dalğalarda yayılırdı və həqiqət eşitmək istəyənlər gecələr qapıları bağlayıb AzadlıqRadiosunu dinləyirdilər.
1950
1960
1970
1980
1990
2000
2010
2020