Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:40

Toyunda 4 min qaçqını doyurdu


Toyunda 4000 qaçqını doyuzdurdu
Gözlə

No media source currently available

0:00 0:00:22 0:00

Toyunda 4000 qaçqını doyuzdurdu

-

Türkiyəli cütlük Fetullah Üzümcuoğlu və Esra Polat öz toylarında dörd min suriyalı qaçqını qonaq ediblər.

Onlar qonaqlar üçün məşhur Suriya yeməyi “Lebeniye” hazırlatdırıblar.

Toy Türkiyənin cənubunda Suriya sərhədinə yaxın Kilis şəhərində baş tutub. Beynəlxalq yardım və inkişaf təşkilatı olan “Kimse Yok Mu” toyun təşkilində cütlüyə kömək edib.

Belə ki, Üzümcüoğlu kömək üçün təşkilata yazılı müraciət edib:

“Mən düşündüm ki, kənarda kifayət qədər insanın ehtiyac içində olduğunu bilə-bilə, bizim dadlı yeməkləri yalnız dostlar və ailəmizlə paylaşmağımız düzgün olmazdı.”

Suriyalı qaçqın uşaqların xoşbəxt gözlərini görməyin qiyməti yoxdur.

Fethullah Üzümcüoğlu deyib:

“Toyumun ən yaxşı və ən xoşbəxt anı yemək paylanan an idi.

Suriyalı qaçqın uşaqların xoşbəxt gözlərini görməyin qiyməti yoxdur”.

Fethullah Üzümcüoğlunun həyat yoldaşı deyir ki, əvvəlcə bu ideya onu şoka salıb, lakin o, ehtiyac içində olan insanları sevindirə bildiyi üçün xoşbəxtdir. ​

Suriyada 2011-ci ilin martından bəri davam edən vətəndaş müharibəsi nəticəsində Türkiyəyə 1,7 milyona yaxın qaçqın gəlib.

XS
SM
MD
LG