Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:57

Jurnalisti öldürən şəxsin fotosu yayılıb


Rasim Əliyev
Rasim Əliyev

-

Jurnalist Rasim Əliyevin ölümü avqustun 10-da çıxan qəzetlərin əsas mövzusu olaraq qalır.

BU ÖLKƏDƏ HEÇ KƏS HARINLIQDAN SIĞORTALANMAYIB

«Azadlıq» qəzeti Milli Şuranın sədri Cəmil Həsənlinin jurnalist Rasim Əliyevin ölümü ilə bağı fikirlərinə yer ayırıb.

«Qoçu gülləsi, üstlərinə sürüləcək maşınlar, idmançı yumruqları hər an bu millətin başının üzərindədir. İdmanın ayrı-ayrı nazirlərə, vəzifəli şəxslərə tapşırılması bu sahənin kriminallaşması üçün geniş imkanlar açır. Bir neçə idman yarışındakı uğurlardan sonra çox asanlıqla çempion olmuş şəxslər müxtəlif nazirliklərdə saxlanılan «hücumçu dəstələrin» sıravi «döyüşçülərinə» çevrilirlər. Son illərdə hətta hüquq-mühafizə orqanlarında həbs edilmiş şəxsləri döymək, müxtəlif işgəncə əməllərini həyata keçirmək üçün xüsusi idmançı dəstələri saxlayırlar»- deyə, Milli Şuranın sədri bildirib.

JURNALISTİ DÖYƏRƏK ÖLDÜRƏNİN FOTOSU

«Yeni Müsavat» qəzeti jurnalist Rasim Əliyevi döydüyü iddia olunan şəxsin fotosunu yayıb.

Elşən İsmayılov
Elşən İsmayılov

Qəzet yazır: «Musavat.com-un müxbiri futbolçu Cavid Hüseynovu tənqid etdiyi üçün jurnalisti döyərək öldürən şəxsin fotosunu əldə edib. Bu şəxs Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılovdur. 21 yaşı var».

Bundan əvvəl Cavid Hüseynovun bibisi oğlunun saxlanması haqda məlumatlar yayılmışdı.

BU ŞƏKİLLƏRİ UŞAQLARIMIZA GÖSTƏRƏCƏKDİK BƏS?

«Bizim Yol» qəzeti Rasim Əliyevin nişanlısı Gülər Abbasovanın sosial şəbəkədə jurnalistlə birlikdə çəkdirdiyi şəkilləri paylaşmasından yazır.

«Rasimin ölüm xəbərini rayonda olarkən alan Gülər bir neçə ürəkparçalayan status yazıb: «Necə qıydınız mənim sevdiyimə? Evlənəcəkdik biz, toyumuz olacaqdı, niyə aldınız əlimdən, niyə? Rasim, niyə məni tək qoydun? Bəs uşaqlarımız olacaqdı?» «Məni də öldürdün, Rasim, məni də apardın özünlə».

RAZİN UŞAQLARI

«Oğlumu döyənlər Razin uşaqları olub».

Bunu virtualaz.org saytına Rasim Əliyevin atası Məmmədəli Əliyev deyib.

«Futbolçu Cavid Hüseynov da, «Qəbələ» klubunun meneceri də xəstəxanaya gedibmişlər. Aralarında nə danışıq olduğunu bilmirəm. Oğlumu döyənlər Razin (Bakıxanov qəsəbəsi-red.) uşaqları olub. Döyənlərdən biri də Cavidin bibisi oğlu olub. Oğlum evdən çıxanda anasına deyib ki, Razin uşaqları gəlib, onlarla söhbət etməyə gedirəm. Həmin uşaqlar «Qəbələ» klubunun azarkeşləri olub».

XS
SM
MD
LG