Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:26

Cavid Hüseynov həbs edildi- [detallar]


Cavid Hüseynov
Cavid Hüseynov

-

Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsində adı hallanan "Qəbələ" futbol klubunun oyunçusu Cavid Hüseynov və daha 5 nəfər həbs edilib.

Bu barədə Respublika Prokurorluğu avqustun 11-də məlumat yayıb.

Rəsmi məlumatda futbolçu cinayəti bilib xəbər verməməkdə ittiham edilir.

Məhkəmə Cavid Hüseynovu bu maddələr üzrə təqsirli bilərsə o, 5 min manatadək cərimə və ya 2 ildən 3 ilə qədər həbs oluna bilər.

Avqustun 8-də ann.tv saytının əməkdaşı Rasim Əliyev bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib.

Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Bu arada Rasim Əliyevə Facebook-da yazılan məktublar yayılıb. Həmin məktublarda o, vətənini satmaqda, sözügədən videonu paylaşmaqla düz etməməkdə qınanılır.

Baş Prokurorluğun yaydığı məlumatda deyirlir ki, ilkin araşdırmalarla müəyyən olunub ki, Rasim Əliyev öz Facebook hesabında Cavid Hüseynovun jurnalistlərin suallarını cavablandırarkən etdiyi hərəkəti təndiq edib. Bundan sonra Cavid Hüseynov R.Əliyevə zəng edərək ondan təkzib verməyi tələb edib. Məlumatda deyirlir:

“Sonradan isə C.Hüseynovun bibisi oğlu 21 yaşlı Elşən İsmayılov da R.Əliyevə zəng edərək təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb.

Nəticədə, Elşən İsmayılov, R.Əliyevdən qisas almaq məqsədilə, özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-də saat 16 radələrində «Bayıl market» mağazasının qarşısında onunla görüşüblər.

Rasim Əliyev
Rasim Əliyev

Onlar R.Əliyevə əl və ayaq zərbələri ilə daxili orqanlarının zədələnməsinə səbəb olan çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirib və hadisə yerindən qaçıblar. İstintaq zamanı R.Əliyevə məxsus İphone-5 markalı mobil telefonun cinayətin iştirakçısı Arif Əliyev tərəfindən sındırılıb, zibilliyə atılması müəyyən olunub və telefon maddi sübut kimi götürülərək cinayət işinə əlavə edilib.

Təcili-tibbi yardım vasitəsilə Bakı Kliniki Tibbi Mərkəzə çatdırılmasına və üzərində müalicə və əməliyyat aparılmasına baxmayaraq, Rasim Əliyevin həyatını xilas etmək mümkün olmayıb və o, avqustun 9-da səhər saat 5 radələrində vəfat edib”.

Cavid Hüseynov həbsindən əvvəlki müsahibəsinə deyib ki, o kimisə döydürməyib və bu cür hərəkətləri də özünə yaraşdırmır.

Bu arada Rasim Əliyevə Facebook-da yazılan məktublar yayılıb. Həmin məktublarda o, vətənini satmaqda, sözügədən videonu paylaşmaqla düz etməməkdə qınanılır.

Jurnalist Rasim Əliyevin öldürülməsi ilə bağlı istintaq davam edir. Baş Prokuroluq qeyd edir ki, istintaqın gedişi və görülən işlərlə bağlı ölkə prezidentinə mütəmadi məruzə edilir.

XS
SM
MD
LG