Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:46

Çox yaşamağın 12 yolu


Danimarka - yaşlı insanlar idmanla məşğul olur
Danimarka - yaşlı insanlar idmanla məşğul olur

-

«The New York Times» qəzeti amerikalı tədqiqatçı Dan Buettner-in məsləhətləri əsasında uzun yaşamağın 12 yolunu müəyyən edib.

1. Qəhvə için. Bu, Amerika pəhrizində ən böyük antioksidantdan biridir.

2. Şirəni unudun. Meyvə və ya tərəvəz yeyin.

3. Proteindən də uzaq durun.

4. Uzun-uzadı gəzin.

5. Qırmızı şərab içmək əladır. Dəniz məhsulu ilə bir stəkan su içməkdənsə, bir stəkan şərab içmək məsləhətdir.

6. Yüksək templi idman bəzən xeyirdən çox ziyan vurur: Əvəzində yoqa ilə məşğul olun, velosiped sürün və əlbəttə, gəzin.

7. Daha çox vegetarian yeməklər hazırlayın: meyvələr, tərəvəzlər, çərəzlər, yulaf və s. ərzaqlar vegetarian menyu üçün dadınıza çatar.

8. Kərə yağını kənar tut. Yağ, donuz piyi və ya digər heyvan yağları radiasiya kimi bir şeydir. Sənə dərhal təsir göstərmir, amma təhlükəsiz halda olma ehtimalımız azdır. Əvəzində zeytun yağı istifadə edin.

9. Ət və balığı qənaətlə yeyin.

10. İnək südündən uzaq durmağa çalışın. Əvəzində soya südü istifadə edin.

11. Nahara təzə bişmiş çörək də əlavə etsəniz, karbohidratlardan qaçmağa lüzum qalmayacaq. Ancaq bu, əsl mayalanmış çörək olmalıdır.

12. Xoş kompaniyada yemək yeyin. Əslində nə yeməyiniz yox, necə yeməyiniz və nə qədər yeməyiniz, yoldaşlarınızla birgə yeməkdən zövq almağınız önəmlidir. Yeməyin sirri onu dostlarla dadlandırmaqdır.

XS
SM
MD
LG