Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:42

Yuanın ucuzlaşır: Azərbaycana təsiri


100 yuanlıq əskinas
100 yuanlıq əskinas

-

Çin yuanının devalvasiyası regiona necə təsir edəcək?

İqtisadçı Qubad İbadoğlu öz Facebook hesabında yuanın ucuzlaşmasının həm Çinin, həm də tərəfdaş ölkələrin iqtisadiyyatına təsirini təhlil edib.

İqtisadçının gəldiyi qənaət belədir ki, yuanın ucuzlaşması Çinin ixrac potensialını gücləndirəcək:

“Çin yuanının ucuzlaşması digər ölkələrin, eləcə də Azərbaycanın Çin malları idxal etməsini stimullaşdıracaq. "Dünya fabrikı" rolunu oynayan Çinin ixracatı son 1 ildə 8,3 faiz aşağı düşüb. Hətta Çindən Azərbaycana ixracatın həcmi bu ilin 6 ayında ötən ilin eyni dövrünə nisbətən 50 milyon ABŞ dolları azalaraq 260 milyon dollar təşkil edib. Çinin ixracat göstəricilərində müşahidə olunan azalma həm də yuanın digər valyutalara nisbətdə möhkəmlənməsi ilə izah olunur”.

"ÇİN YUANININ DEVALVASİYASI ZƏRURƏT İDİ..."

Qubad İbadoğlu yazır ki, devalvasiyaya qədər olan son 18 ayda Çin yuanı dəyərini avroya və Meksika pesosuna nəzərən 20 faiz, Koreya vonu və Yapon yeni ilə müqayisədə isə 10-15 faiz ətrafında artırmışdı. Bu da rəqabətli regionda Çinin iqtisadi mövqelərini zəiflətmişdi:

Qubad İbadoğlu
Qubad İbadoğlu

“Ona görə də Çində iqtisadi artım tempi son 6 ildə ən aşağı səviyyəyə qədər enmişdi. Odur ki, Çin valyutasının devalvasiyası zərurətdən irəli gəlirdi. Çox güman ki, Çin valyutasının devalvasiya prosesi hələ başa çatmayıb, devalvasiyanın yenidən və kiçik templərlə olsa da davam etməsi ehtimalı indi də qalır”.

Çin valyutasının devalvasiya prosesi hələ başa çatmayıb.

Avqustun 11-də Çin çox ciddi nəzarətdə saxlanan valyutasını devalvasiya edib.

Bu, son on ildə yuanın bir gün ərzində baş verən ən ciddi devalvasiyasıdır.

Çin Mərkəzi Bankı bildirib ki, məqsəd dövlətin nəzarətində olan məzənnəni bazaryönümlü etməkdir. Son aylar ərzində yuan dollarla yanaşı güclənib və nəticədə Çindən ixrac bahalanıb.

Bu da sənaye sahələrində iş yerlərinin itirilməsi riski yaradıb.

XS
SM
MD
LG