Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:56

Sumqayıta qatarla gedişin qiyməti açıqlandı


Bakı-Sumqayıt xəttinə buraxılacaq qatar.
Bakı-Sumqayıt xəttinə buraxılacaq qatar.

-

Bakı-Sumqayıt qatarında gediş haqqı 50 və ya 70 qəpik ola bilər.

Bunu Trend-ə «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

Nəqliyyat Nazirliyinin Sərnişin Daşıma Departamenti artıq bu barədə təkliflərini Tarif Şurasına təqdim edib.

Qiymətləri Tarif Şurasının müəyyənləşdirəcəyini deyən N.Əzməmmədov gediş haqqının kart sistemi ilə olub-olmayacağına da aydınlıq gətirib:

«Qərar yaxın vaxtlarda verilməlidir. Çünki sentyabrın 15-ə kimi Bakı-Sumqayıt qatarı istifadəyə verilməlidir. Qiymətlər barədə qərar veriləndən sonra çalışacağıq ki, burada da kart sistemini tətbiq edək. Amma yəqin ki, kart sistemi bir müddət sonra tətbiq olunacaq. Çünki bu, bir az zaman alan məsələdir».

Mətbuat katibi bildirib ki, Bakı-Sumqayıt dəmiryolunda son tamamlama işləri aparılır, layihədə 63 kilometr yeni xəttin tikintisi nəzərdə tutulub.

Bakı-Sumqayıt xəttinə buraxılacaq qatarlar «Stadler Rail Group» şirkətinin «Stadler Minsk» zavodunda istehsal olunub. Ümumi sərnişin tutumu 919 nəfər olan hər bir qatarda 396 oturacaq var ki, onlardan da 84-ü biznes-klasdır.

XS
SM
MD
LG