Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:46

Dostu B.Hacıyevin necə tutulduğunu danışır


Bəhruz Hacıyev
Bəhruz Hacıyev

“Bizi şöbəyə aparan kimi üstümüzü axtardılar, heç nə çıxmadı”. Bunu AzadlıqRadiosuna müsahibəsində avqustun 20-də Mingəçevir şəhər Polis Şöbəsində intihar etdiyi iddia olunan Bəhruz Hacıyevlə birlikdə saxlanan dostu Aqil Əzizov deyib.

O bildirib ki, hadisə baş verən gün Bəhruz Hacıyev və başqa bir dostları ilə birlikdə bilyard oynamağa gedirlərmiş:

“Bilyard oynamağa gedirdik. Yanımızdan öz şəxsi maşınında Samir adlı polis işçisi keçdi. Sonra qayıdıb dalımızca gəldi. Yanımızda maşını saxladı. Bəhruz dedi ki, “sinif yoldaşımdır, qoy gedim görüşüm gəlirəm”. Salamlaşan kimi Samir onun əlini arxaya burdu, “015” markalı maşın dayandı, Bəhruzu maşına basıb apardılar. Samir məni göstərib dedi ki bunu da tutun. Məni də maşına oturtdular, dedik niyə saxlayırsız, dedilər şöbədə deyərik. Apardılar şöbəyə, düşürdülər bizi, birinci mərtəbədən sonra başımı aşağı əydilər ki, Bəhruzu hara apardıqlarını görməyim. Eyni maşında gəlmişdik, yolda heç nə olmadı, bizi də bir-birimizlə danışmağa qoymadılar. Şöbədə üstümü yoxladılar, tərtəmiz idi. Bəhruzun da üstündı heç nə olmayıb, bir siqaret, bir alışqan və 3-4 manat da pulu olub. Bir qədər sonra səs küy qopdu, mənə dedilər ki bir nəfər 3-cü mərtəbədən özünü atıb. Əvvəl polisdən soruşdum, dedi sizinlə gələn deyil, sonra dedilər ki, Bəhruzdur”.

XS
SM
MD
LG