Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 12:28

Reklamdakı yarıçılpaq qadına don geyindirən miqrantlar


Arxiv fotosu
Arxiv fotosu

…Berlindəki bu binanın liftinin divarları Bakı mikrorayonlarındakı liftlər kimi cızıq-cızıqdır, şəkillərlə “bəzədilib”,hətta gözə adətən almanları narahat edən “Heil Hitler” yazısı da dəyir.

Binaya qulluq edən təmizlikçinin əziyyəti hədər gedir - binada yaşayan ərəb miqrantlar bir neçə günə lifti eyni vəziyyətə gətirirlər.

Bunu AzadlıqRadiosuna 13 ildir ki, Almaniyada yaşayan azərbaycanlı bloqqer Həbib Müntəzir danışır.

Avropaya son aylar müşahidə olunan miqrant axınının əsas hədəfi Almaniyadır.

Bu il Almaniyaya bütün Avropa ölkələrindən daha çox - 800 mindən çox adam sığınacaq üçün müraciət edib. Keçən ay Avropa Birliyinin sərhəddini rekord həddə- 107 min 500 miqrant keçib. Avropa liderlərinin gündəmi miqrasiya böhranını aradan qaldırmaqdır.

MÜSƏLMAN MİQRANTLAR YARIÇILPAQ QADIN ŞƏKİLlƏRİNİ BOYAYIR

Gələnlər özləri ilə öz mədəniyyətlərini də gətirirlər.

İtaliyada miqrantın sinəsinə yazılıb: "Bizim geri qayıtmaq fikrimiz yoxdur"
İtaliyada miqrantın sinəsinə yazılıb: "Bizim geri qayıtmaq fikrimiz yoxdur"

… Berlinin mərkəzi küçələrindəki reklam posterlərinin üstündəki yarıçılpaq qız rəsmlərinini almanlar adi qarşılasalar da, görünür,müsəlman kişi miqrantlar bundan qıcıqlanır- bu fotoların üstünü arabir boyayıb, qızları “qapayırlar”.

Həbib Müntəzirin dediklərindən:

“Son illər Ruminiyadan, Bolqarıstandan daha çox miqrant gəlir. Onlar Avropada roma kimi tanınan xalqın nümayəndələridir. Suriya müharibəsindən sonra ərəblər də çox gəlməyə başlayıb. Onlar metroda ucadan söhbət edə, telefonla ucadan danışa bilirlər. Bu isə alman cəmiyyətinə yaddır. Almanların bəziləri buna öyrəşir, bəziləri isə özləri köçüb gedirlər. Ərəblərin, türklərin yaşadığı məhəllələr xüsusilə çirklidir. Berlinin mərkəzində miqrantlar xüsusi bir narahatlıq yaratmırlar, amma miqrantlar çoxaldıqca kriminal hallar da artır. Xüsusilə də ona görə ki, Almaniyada miqrantlara aylıq müavinət verirlər ve belə olduğuna görə miqrantlar çox vaxt işləmirlərlər və lazımsız işlərlə məşğul olurlar. Miqrant axını burda millətçiləri də həvəsləndirir, bu isə Avropa dəyərlərinə ziddir”.

MİLLƏTÇİLƏR SIĞINACAQLARA OD VURUR?

Qurban Ələkbərov 18 ildir ki, Almaniyada yaşayır. Onun dediyinə görə, Almaniyaya Suriyadan və Afrika ölkələrindən gələn qaçqınların sayı artır: “İnsanlar günlərlə açıq havada gözləməli olur. Alman hökuməti onları yerləşdirmək gücündə deyil- yer yoxdur. Millətçi ünsürlər aktivləşiblər. Hadisələr qorxunc şəkildə inkişaf edir- Dünən mənim yaşadığım ərazidə bir sığınacağı yandırdılar. Əlbəttə ki, millətçilər üçün fərqi yoxdur ki, bu adamın milləti nədir. Onlar bütün əcnəbilərə qarşı aqressivdirlər.”

VYANADA BURKALILAR

Avstriyanın paytaxtı Vyanada təhsil alan azərbaycanlı Tinay Muşdiyeva deyir ki, Vyanada son vaxtlar yalnız gözləri görünən, tamamilə örtülü qadınlar daha tez-tez gözə dəyir, Fransada son terror hadisəsindən sonra polis onları gizli izləyir:

“Mənim diqqətimi çəkən odur ki, indi şəhər daha çox bir-birndən fərqli bir neçə hissəyə bölünüb, sanki. Miqrantların yaşadığı rayonlar onların az olduğu rayonlardan fərqlənir. Orda olan mağazalar digər yerlərdə yoxdur. Kafe və restoran çeşidi fərqlidir”.

BRÜSSELDƏ ÇAŞQINLIQ İÇİNDƏ...

Mirzə Sakit
Mirzə Sakit

Belçikada, paytaxt Brüssel yaxınlığında yaşayan azərbaycanlı Sakit Zahidov- Mirzə Sakit deyir ki,Brüsseldə də qaçqınların sayı artıb: “Onlar çaşqınlıq içindədir. Gələcək talelərinin necə olacağını bilməyən adamlar kimidirlər. Tez-tez soruşurlar ki, görəsən bizə oturum kağızı verəcəklərmi.. Bunlar daha çox Azərbaycandan, Suriyadan, İraqdan, Çeçenstandan, Ukraynadan gələnlərdir. Şəhərdə hansısa narahatlıq yaradacaq həddə deyillər, amma özləri narahatdırlar”.

XS
SM
MD
LG