Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:54

Meydan TV-nin əməkdaşının evində axtırış olub


Şirin Abbasov
Şirin Abbasov

Sentyabrın 18-də hüquq-mühafizə orqanları Meydan TV ilə əməkdaşlıq edən Şirin Abbasovun faktiki yaşadığı ünvanda axtarış aparıb.

Bu haqda AzadlıqRadiosuna onun vəkili Elçin Sadıqov məlumat verib. Onun sözlərinə görə, axtarış əvvəlcədən xəbərdarlıq edilmədən aparılıb:

“Axtarış vaxtı evdə Şirinin anası olub. Ona axtarışla bağlı hər hansı rəsmi sənəd təqdim olunmayıb, özlərini yalnız polis əməkdaşları kimi təqdim ediblər və axtarışa başlayıblar”.

Onlar mənzildən 1 stolüstü kompüter, 2 kamera, 1 noutbuk götürüblər.

Elçin Sadıqov deyir ki, bu gün yenidən DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gedib. Bu dəfə də ona Şirin Abbasovla görüşə imkan yaradılmayıb:

“Mənə dedilər ki, Şirin məndən imtina edib. İmtina edibsə, ola bilər onu buna məcbur ediblər. Hətta imtina eləsə belə bu vəkilin iştirakı ilə edilməldir. Düşünürəm ki, sadəcə görüşə əngəl olmaq üçün Şirinin adından belə deyiblər”.

Elçin Sadıqov bildirib ki, görüşə yaradılan əngəllə bağlı Daxili işlər nazirinə, baş prokurora və Nərimanov rayon Məhkəməsinə müraciət edib.

Şirin Abbasov sentyabrın 16-dan yoxa çıxıb, bir gün sonra onun DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlandığı məlum olub. Anasına İdarədən bildiriblər ki, Şirin Abbasov polisə müqavimətdə təqsirləndirilir və ona bir aylıq izibati həbs cəzası kəsilib.

Sentyabrın 16-da Meydan TV-nin iki xanım əməkdaşı da DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində dindiriliblər. Onlardan Meydan TV-dəki fəaliyyətləri, TV-nin rəhbəri, eləcə də Mingəçevir hadisələri zamanı polis bölməsində ölmüş Bəhruz Hacıyevin morqdakı videosunu kimin və necə çəkməsi, müxbirlərin nə qədər maaş alması haqda soruşublar.

XS
SM
MD
LG