Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:54

«Cavid Hüseynov yaxşı bilirdi, o adamlar hara gedir»


Cavid Hüseynov, məhkəməyə aparılan zaman (arxiv fotosu)
Cavid Hüseynov, məhkəməyə aparılan zaman (arxiv fotosu)

-

Vəkil Əsabəli Mustafayev döyülərək öldürülmüş jurnalist Rasim Əliyevin işi ilə bağlı müstəntiqlə görüşüb.

Vəkil müstəntiqə iki vəsatət təqdim edib. Vəsatətlərin biri cinayət materialları ilə tanışlıq olib. Vəkil deyib ki, bütün materiallarla olmasa da zərərçəkən tərəfin bəzi sənədlərlə istintaq başa çatmazdan əvvəl tanış olmaq hüququ var.

İkinci vəsatət isə Rasim Əliyevə hücum edən şəxslərin onun mobil telefonunu və pulqabını götürməsilə ilə bağlıdır.

Ə.Mustafayev deyir ki, bu epizodda soyğunçuluq və quldurluq elementləri var. Buna görə ayrı cinayət işi qaldırılmalıdır.

Vəkil R.Əliyevi döyən şəxslərə qarşı hazırda cinayət işinin 126-cı (ölümə səbəb olan xəsarətlərin yetirilməsi) maddəsilə istintaq getdiyini deyib. O, «Qəbələ» futbol klubunun oyunçusu Cavid Hüseynova cinayəti bilib xəbər verməməklə bağlı ittiham irəli sürülməsində maddənin düzgün tövsif olunmadığını deyib. Onun fikrincə, C.Hüseynov 120-ci maddə ilə təhrikçi, təşkilatçı kimi ittiham olunmalıdır. «O beş nəfəri ora C.Hüseynov göndərib, bu adamların hara və nə üçün getdiyini də yaxşı bilirdi. Əgər Rasimlə söhbətə gedirdilərsə 1-2 nəfər də kifayət idi, 5 nəfər artıq konkret məqsəd - Rasimi cəzalandırmaq üçün gedirdi».

Jurnalsit Rasim Əliyev avqustun 8-də bir qrup şəxs döyüb. O xəstəxanaya çatdırılsa da avqustun 9-u səhərə yaxın vəfat edib.

XS
SM
MD
LG