Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:53

Avropa Şurası: "İlqar Məmmədovu dərhal azad edin"


İlqar Məmmədov saxlanır (Arxiv)
İlqar Məmmədov saxlanır (Arxiv)

►"İlqar Məmmədov dərhal azadlığa buraxılmalıdır, Azərbaycan hakimiyyəti onun fiziki durumuna zəmanət verməlidir."

Avropa Şurası Nazirlər Komitəsinin sentyabrın 24-də qəbul etdiyi aralıq qətnamədə belə deyilir.

Avropa Şurasının Nazirlər Komitəsi sentyabrın 22-24-də Avropa İnsan Haqları Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarını Azərbaycanın necə icra etdiyini araşdırıb.

Komitə qəbul etdiyi aralıq qətnamədə Şuranın Nizamnaməsinin 3-cü maddəsini yada salır.

Həmin maddədə deyilir ki, hər bir üzv ölkə “hüququn aliliyi və yurisdiksiyasında olan bütün şəxslərin insan haqları və fundamental azadlıqlardan yararlanması prinsiplərini qəbul etməli, Avropa Şurasının məqsədlərinin həyata keçirilməsi naminə səmimiyyətlə və səməli şəkildə əməkdaşlıq etməlidir…”

Komitə İlqar Məmmədovun hələ də həbsdə saxlanmasını pisləyib, bir daha təkrarlayıb ki, o, azadlığa buraxılmalıdır. Komitə eləcə də hakimiyyətə güclü şəkildə çağırış edir ki, Məmmədovun fiziki durumuna zəmanət versin.

CM/ResDH(2015)156 saylı qətnamə "Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədovun işinə dair qərarının icrası“ adlanır.

Buna da bax: "Polis azarkeşin ağzını yummamalıdır"

Hakimiyyət Komitə ilə dialoqu bərpa etsin

İnsan Hüquq və Fundamental Azadlıqlarının Qorunması Konvensiyasının 46-cı maddəsinin 2-ci bəndi Komitəyə səlahiyyət verir ki, Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icrasına nəzarət etsin.

Komitənin qərarlarına və CM/ResDH(2015)43 saylı Aralıq Qətnaməyə baxmayaraq müxalifət fəalı İlqar Məmmədovun hələ də buraxılmaması kəskin pislənir.

Komitə Real Hərəkatı liderinin təcili buraxılmasına, eyni zamanda onun fiziki durumuna tam təminat verilməsinə çağırır. Qətnamədə həmçinin ərizəçinin nümayəndəsi olmuş Xalid Bağırovun indiki durumundan, onun Vəkillər Kollegiyasından çıxarılması sarıdan da narahatlıq bildirilir.

Xalid Bağırov
Xalid Bağırov

Sənəddə həmçinin, qanunvericilikdən yayınmamaq üçün görülən ümumi tədbirlər barədə adekvat informasiyasının verilməməsindən dərin narahatlıq ifadə olunur. Belə ki, bu, hüququn aliliyiyinə hörmət qoyulmasına təhlükə yaradır.

Nazirlər Komitəsi hakimiyyəti Avropa Məhkəməsinin qərarının icrası yönündə sürətli və konkret irəliləyişə nail olunması naminə Komitəylə dialoqu bərpa etməyə çağırır.

Buna da bax: "Diktofon məndədi, orda açıq alver gedir"

Üzv dövlətlərə, baş katibə çağırış

Komitə xatırladır ki, Avropa Şurasının hər bir üzvü Şuranın Nizamnaməsinin 3-cü maddəsinin nəzərdə tutduğu öhdəliklərə əməl etməlidir:

“Hər bir üzv ölkə “hüququn aliliyi və yurisdiksiyasında olan bütün şəxslərin insan haqları və fundamental azadlıqlardan yararlanması prinsiplərini qəbul etməli, Avropa Şurasının məqsədlərinin reallaşması naminə səmimiyyətlə və səmərəli şəkildə əməkdaşlıq etməlidir…”

Komitə üzv dövlətlərin hakimiyyətlərini və Avropa Şurasının baş katibini çağırır ki, İlqar Məmmədovun buraxılması üçün onun məsələsini Azərbaycanda ən yüksək səviyyədə qaldırsın; Avropa Şurasının müşahidəçi üzvlərini və beynəlxalq qurumları da belə etsinlər.

Avropa Şurasının Nazirlər Komitəsi bu ilin dekabrında keçiriləcək iclasında bir daha bu məsələyə baxacaq.

Tarixçə

Avropa Məhkəməsi 2014-cü ilin mayında İlqar Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Məhkəmənin həmin qərarına əsasən, İlqar Məmmədov azad olunmalı, Azərbaycan dövləti dəymiş mənəvi ziyana görə ona 22 min avro təzminat ödəməlidir.

Amma Azərbaycan hökuməti həmin il avqustun 8-də Avropa Məhkəməsinin qərarından Böyük Palataya müraciət edib. Kollegiya oktyabrın 13-də müraciətə baxıb və onu Böyük Palatanın baxışına verməkdən imtina edib. Bununla da Məhkəmənin mayda çıxardığı qərar qəti qüvvəyə minib.

Amma bugünədək qərar icra edilməyib.

Avropa Şurasının Nazirlər Komitəsi həmçinin keçmiş səhiyyə naziri Əli İnsanov, habelə Rövşən Mahmudov və Yaşar Ağazadə barəsində də çıxarılmış qərarların yerinə yetirilməməsi barədə qətnamə qəbul eləməlidir.

XS
SM
MD
LG